Sosial ictimai xəbərlər

Ölkə

Azərbaycan və Avstriya XİN-ləri arasında siyasi məsləhətləşmələr noyabrda Bakıda keçiriləcək

Azərbaycan və Avstriya xarici işlər nazirlikləri (XİN) arasında siyasi məsləhətləşmələrin növbəti raundu 2026-cı ilin noyabrında Bakıda keçiriləcək.

Bunu azərbaycanlı diplomat Nərgiz Qurbanova Avstriyanın Milli Günü münasibətilə keçirilən qəbulda bildirib.

Onun sözlərinə görə, qarşıdan gələn məsləhətləşmələr ikitərəfli gündəliyin və gələcək əməkdaşlıq perspektivlərinin müzakirəsi üçün mühüm əhəmiyyət kəsb edəcək.

N. Qurbanova qeyd edib ki, Azərbaycanla Avstriya arasında münasibətlər qarşılıqlı hörmət və etimada əsaslanır, iki ölkə ara