Sosial ictimai xəbərlər

Hadisə

Mingəçevirli şəhid Etibar Mahmudovun anası Əsmayə Mahmudova vəfat edib

Mingəçevir şəhərindən olan Vətən müharibəsi şəhidi Etibar Mahmudovun anası Əsmayə Mahmudova dünyasını dəyişib.

Bu ağır itki şəhid ailəsinin yaxınlarını, doğmalarını və bütün şəhidsevərləri kədərə boğub.

Vətən uğrunda canından keçən qəhrəmanımız Etibar Mahmudovun əziz xatirəsi hər zaman ehtiramla yad ediləcək.

Allah Əsmayə Mahmudovaya rəhmət eləsin, məkanı cənnət olsun. Ailəsinə, yaxınlarına və doğmalarına dərin hüznlə başsağlığı veririk.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Esmira Hidayətova, Mingəçevir