Bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, bu cür hallar istifadəçi hesablarının ələ keçirilməsinə yönəlmiş kiberhücum cəhdləri ilə əlaqəli ola bilər:
“Azərbaycan Respublikasının Baş Prokurorluğu vətəndaşları şəxsi hesablarının təhlükəsizliyinə diqqətlə yanaşmağa, ikiaddımlı doğrulama funksiyasını aktivləşdirməyə, mürəkkəb və unikal PIN-kodlardan istifadə etməyə, həmçinin birdəfəlik təsdiqləmə kodlarını heç bir halda digər şəxslərlə paylaşmamağa çağırır. Unutmayın, rəqəmsal təhlükəsizliyiniz şəxsi məlumatlarınızın qorunmasından başlayır!”