Marketdən çanta oğurlayan 61 yaşlı kişi saxlanıldı

Abşeron rayonunda talama cinayəti baş verib.

ictimai.info xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Xırdalan şəhəri ərazisində yerləşən marketlərin birində naməlum şəxs alış-veriş edən zərərçəkənin içərisində nağd pul, bank kartı və şəxsi sənədləri olan çantasını oğurlayıb.

Polis əməkdaşlarının keçirdikləri tədbirlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər narkotiklə əlaqəli cinayətə görə məhkum olunmuş 61 yaşlı N.Qulamov saxlanılıb. Həmçinin ondan psixotrop maddə olan metamfetmanin də aşkarlanıb.

  • Related Posts

    Bakıda dəhşət: Maşınlar torpağın altında qaldı – Video

    Bakının Xətai rayonu, Gəncə prospektində torpaq sürüşməsi baş verib. Sürüşmə nəticəsində avtomobillər torpaq qatının altında qalıb. İctimai TV-yə istinadla həmin görüntüləri təqdim edirik:

    Azərbaycanda vəzifəli şəxslər həbs olundu

    Vergi yoxlamasının keçirilməməsi müqabilində rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxslər həbs olunub. Bu barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin birgə məlumatında…

    Sizin üçün

    Türk gəmisi vuruldu – Təcili

    • By admin
    • Avqust 3, 2026
    • 6 views
    Türk gəmisi vuruldu – Təcili