Qaxda ağır yol qəzası baş verib, ölən və xəsarət alanlar var
ictimai.info Report-a istinadla xəbər verir ki, hadisə Qax-Qorağan avtomobil yolunun rayonun Əlibəyli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, hərəkətdə olan “Mersedes” və “Niva” markalı avtomobillərin toqquşması nəticəsinə bir neçə nəfər ağır bədən xəsarətləri alıb. Yaralılar Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Hadisə zamanı bir azyaşlının öldüyü bildirilir.
***
Qaxda iki minik avtomobilinin toqquşması nəticəsində ölən və xəsarət alan şəxslərin kimliyi müəyyənləşib.
Məlumata görə, qəza nəticəsində “Niva”da olan sərnişin, 12 yaşlı S.Babazadə ölüb.
Həmin avtomobildə olan digər sərnişinlər – 42 yaşlı Əzizə Babayeva, 5 yaşlı uşaq (oğlan), sürücü 46 yaşlı Ruslan Babayev, eləcə də “Mersedes”in sürücüsü, 33 yaşlı Mehman Rüstəmli xəsarət alıb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.


