Azərbaycanda vəzifəli şəxslər həbs olundu

Vergi yoxlamasının keçirilməməsi müqabilində rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxslər həbs olunub.

Bu barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin birgə məlumatında bildirilib.

Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən dövlət orqanları ilə birgə vəzifəli şəxslərin qanunsuz əməllərinin qarşısının alınması və aşkar edilmiş faktlara qarşı mübarizə istiqamətində kompleks, sistemli və ardıcıl tədbirlərin görülməsi davam etdirilir.

Belə tədbirlərdən biri kimi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri ilə bağlı həmin Xidmətdən daxil olmuş məlumat əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

İlkin istintaq və əməliyyat-axtarış tədbirləri ilə DVX-nin Bakı şəhəri Operativ vergi nəzarəti və uçotun təşkili baş idarəsinin Sahə təhkimçiliyi idarəsinin rəis müavini Rüstəm Əbil oğlu Mirzəyev və həmin İdarənin 4-cü şöbəsinin rəisi Kənan Yadigar oğlu Məmmədovun 2026-cı ilin may ayında Bakı şəhərində yerləşən ticarət mərkəzlərindən birində fəaliyyət göstərən çoxsaylı sahibkarlardan vergi yoxlamasının keçirilməməsi, cərimə tətbiq edilməməsi və digər bu kimi məqsədlərlə ümumilikdə 200 min manat pul vəsaitini rüşvət qismində almalarına əsaslı şübhələr müəyyən edilib.

Toplanmış ilkin sübutlar əsasında Rüstəm Mirzəyev və Kənan Məmmədova Cinayət Məcəlləsinin 311.3.1 və 311.3.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda rüşvət alma) maddələri ilə ittiham elan edilib, istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qərarı ilə barələrində həbs qətimkan tədbirləri seçilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilməklə qanunsuz əməllərin törədilməsində iştirak etmiş digər şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi təmin ediləcəkdir.

  • Related Posts

    Bakıda dəhşət: Maşınlar torpağın altında qaldı – Video

    Bakının Xətai rayonu, Gəncə prospektində torpaq sürüşməsi baş verib. Sürüşmə nəticəsində avtomobillər torpaq qatının altında qalıb. İctimai TV-yə istinadla həmin görüntüləri təqdim edirik:

    Moskvadan Bakıya toya gələn iki qardaş dənizdə batdı – Video

    Buzovnada çimərlikdə 2 nəfər dənizdə batıb. Bu barədə bloger Saleh Nəsirov İnstaqram hesabında paylaşım edib. O bildirib ki, dənizdə qayalıq ərazidə 2 qız, 2 oğlan olmaqla, 4 nəfər batma təhlükəsi…

    Sizin üçün

    ATƏT məkanında qeyri-sabit vəziyyət hökm sürür…

    • By admin
    • Avqust 4, 2026
    • 16 views
    ATƏT məkanında qeyri-sabit vəziyyət hökm sürür…