Sosial ictimai xəbərlər

Sağlamlıq

Gündə nə qədər kabak yemək olar? 

Sağlamlığa zərər vermədən gündə nə qədər kabak yeməyin mümkün olduğu açıqlanıb.

Bu barədə qastroenteroloq, tibb elmləri namizədi Yevgeni Belousov danışıb.

Onun sözlərinə görə, sağlam yetkin insanlar üçün kabakın zərərli hesab olunduğu dəqiq tibbi hədd mövcud deyil. Bu tərəvəzin nə qədər qəbul edilə biləcəyi insanın ümumi qidalanma rejimindən, fərdi həssaslığından və rasionda yer alan digər tərəvəz və qidalardan asılıdır.

Y.Belousov qeyd edib ki, praktik göstərici kimi, orqanizm tərəfindən yaxşı qəbul edildiyi və tövsiyə olunan ümumi tərəvəz istehlakı çərçivəsində olduğu halda, gündə təxminən 150-300 qram kabak yemək olar.

Mütəxəssis həftədə bir neçə dəfə kabak yeməyin və onu digər tərəvəzlərlə növbələşdirməyin tamamilə normal olduğunu vurğulayıb. O bildirib ki, ümumi qidalanmanın müxtəlifliyi daha vacibdir.

Y.Belousov qeyd edib ki, hər gün böyük bir boşqab kabak yeyib, digər tərəvəzlərdən çox az istifadə etmək ideal qidalanma hesab edilə bilməz. Onun sözlərinə görə, kabak qidalanma rasionunda tərəvəz porsiyasının yalnız bir hissəsini təşkil etməlidir.