Bu barədə ölkənin ətraf mühit naziri, COP17-nin prezidenti Ambartsum Matevosyan İrəvanda keçirilən mətbuat konfransında bildirib.
“Mən çox ümid edirəm ki, təkcə Azərbaycan Respublikası ilə deyil, həm də bütün qonşu ölkələrimizlə transsərhəd ekoloji layihələri birgə həyata keçirmək imkanımız olacaq. Artıq deyildiyi kimi, bu cür imkanlar müxtəlif fondlar çərçivəsində ölkələrə təqdim olunur ki, ölkələr vahid, hərtərəfli paket təqdim edə bilsinlər”, – Matevosyan qeyd edib.
Onun sözlərinə görə, demarkasiya işləri başa çatdıqdan sonra əvvəlki onilliklərdə qeydə alınmış ekoloji itkilərin bərpası probleminin həlli üçün də imkan yaranacaq.
Nazir sülh gündəliyinin möhkəmləndirilməsinin və Azərbaycanla sərhədin demarkasiyası prosesinin irəlilədilməsinin vacibliyini vurğulayıb.