Yeni audit sistemi özəl və dövlət şirkətləri üçün nəyi dəyişəcək?

Azərbaycanda “Dövlət auditi” informasiya sistemi yaradılacaq. Yeni elektron sistem vasitəsilə audit sahəsində məlumatların mərkəzləşdirilməsi və bu xidmətlərdən daha operativ istifadə imkanlarının yaradılması nəzərdə tutulur. Bəs yeni sistem audit prosesini nə dərəcədə sadələşdirəcək və şirkətlər üçün hansı imkanlar yaradacaq?

Mövzu ilə bağlı ictimai.info-ya danışan iqtisadçı Natiq Cəfərli hesab edir ki, yeni sistem təkcə dövlət vəsaitlərinə nəzarət baxımından əhəmiyyət daşımır. Onun sözlərinə görə, DAİS özəl və dövlət şirkətlərində audit prosesinin daha da sadələşdirilməsinə və sürətlənməsinə imkan verə bilər:

“Bu, təkcə dövlət nəzarəti, dövlət vəsaitlərinə nəzarət məsələsi deyil. Ölkədə bir neçə fəaliyyət növü var ki, orada audit mütləqdir. Məsələn, tenderə girmək istəyən və yaxud da xarici ölkələrdən kredit almaq istəyən şirkətlərə, özəl şirkətlərə belə audit vacibdir. Dövlət şirkətlərində ildə bir dəfə auditin aparılması vacibdir. Hətta bura siyasi partiyalar da aiddir, çünki qanun bunu tələb edir. Bir çox sahələr var ki, bu, təkcə dövlət büdcəsindən ayrılan vəsaitlə bağlı deyil. Dövlət vəsaitlərinə əsasən Hesablama Palatası nəzarət edir və onlar ildə bir dəfə audit keçirirlər. Amma özəl sektorda da bu sahəyə tələbat var. Çox zaman onlayn qaydada müraciətlərin və reyestrin olmaması səbəbindən tez-tez müraciət etmək lazım olurdu ki, audit şirkəti, bələdiyyə və ya özəl şirkət tərəfindən heç olmasa birbaşa yoxlama keçirilib hansısa sənəd verilsin”.

  • Related Posts

    “YouTube”un son 2 ayda Azərbaycandakı bazar payı 2,5 dəfə azalıb

    Bu ilin avqust ayında Azərbaycanın sosial media bazarının bütün platformalarında (kompüter, mobil cihazlar və planşetlərdə) “YouTube”un bazar payı 29,27 % təşkil edib. Bu, iyul ayına nisbətən 7,31 faiz bəndi az,…

    Azərbaycanın ən böyük ixrac şirkətlərindən birinin 8 milyon borcu var – “Stop” qoyuldu

    Azərbaycanın ən böyük ixrac şirkətlərindən biri olan “Almeyvə” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) rəhbərinin ölkədən çıxışına məhdudiyyət qoyulub. ictimai.info-nun məlumatına görə, 1983-cü ildə Şamaxı şəhərində anadan olmuş Quliyev Rəşid Yusif oğlunun…

    Sizin üçün

    “Uber”dən RADİKAL QƏRAR: Üç mindən çox əməkdaşla yollar ayrılır

    • By admin
    • Sentyabr 2, 2026
    • 22 views
    “Uber”dən RADİKAL QƏRAR: Üç mindən çox əməkdaşla yollar ayrılır