“YouTube”un son 2 ayda Azərbaycandakı bazar payı 2,5 dəfə azalıb

Bu ilin avqust ayında Azərbaycanın sosial media bazarının bütün platformalarında (kompüter, mobil cihazlar və planşetlərdə) “YouTube”un bazar payı 29,27 % təşkil edib.

Bu, iyul ayına nisbətən 7,31 faiz bəndi az, 2025-ci ilin avqust ayının göstəricisi ilə müqayisədə 19 faiz bəndi çoxdur. Sosial şəbəkənin bazar payı ardıcıl olaraq ikinci aydır azalır (iyul-avqust aylarında azalma 2,5 dəfə təşkil edib).

İkinci pillədə qərarlaşan “Facebook”un bazar payı ay ərzində 0,8 faiz bəndi, il ərzində isə 3,11 faiz bəndi azalaraq 27,65 % təşkil edib.

Növbəti yerdəki “Instagram”ın bazar payı ay ərzində 1,33 faiz bəndi artaraq, illik isə 29,08 faiz bəndi azalaraq 13,62 % təşkil edib.

Dördüncü pillədəki “X”in bazar payı aylıq 5,86 faiz bəndi, illik müqayisədə isə 4,54 faiz bəndi artaraq 11,74 % təşkil edib.

İlk beşliyi 7,22 %-lik bazar payı ilə “LinkedIn” qapayır. Sosial şəbəkənin bazar payı avqustda 0,3 faiz bəndi, il ərzində isə 5,57 faiz bəndi azalıb.

  • Related Posts

    Azərbaycanın ən böyük ixrac şirkətlərindən birinin 8 milyon borcu var – “Stop” qoyuldu

    Azərbaycanın ən böyük ixrac şirkətlərindən biri olan “Almeyvə” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) rəhbərinin ölkədən çıxışına məhdudiyyət qoyulub. ictimai.info-nun məlumatına görə, 1983-cü ildə Şamaxı şəhərində anadan olmuş Quliyev Rəşid Yusif oğlunun…

    Hansı torpaqlar ipoteka predmeti ola bilər?

    Azərbaycanda hüquqi və fiziki şəxslərin mülkiyyətində olan torpaq sahələri ipoteka predmeti ola bilər. Qanunvericilikdə dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların da müəyyən şərtlərlə ipotekaya qoyulmasına imkan verilir. ictimai.info xəbər verir…

    Sizin üçün

    “Uber”dən RADİKAL QƏRAR: Üç mindən çox əməkdaşla yollar ayrılır

    • By admin
    • Sentyabr 2, 2026
    • 23 views
    “Uber”dən RADİKAL QƏRAR: Üç mindən çox əməkdaşla yollar ayrılır