EIA Azərbaycanda neft hasilatı proqnozunu açıqladı

ABŞ Energetika Nazirliyinin Enerji İnformasiya Administrasiyası (EIA) Azərbaycanda 2026-cı il üçün gündəlik neft hasilatı ilə bağlı proqnozunu dəyişməz saxlayıb.

Ölkə.az xəbər verir ki, bu barədə EIA “Qısamüddətli enerji perspektivi” adlı hesabatın avqust ayı üzrə açıqladığı məlumatda qeyd edilib.

EIA-nın yenilənmiş məlumatlarına əsasən, bu il Azərbaycanda neft hasilatı sutkada 550 min barel təşkil edəcək. Ötən ay da bu rəqəm 550 min barel olub.

Bu ilin üçüncü və dördüncü rüblərində neft hasilatının sutkada 540 min barel olacağı gözlənilir. İyulda həmin rüblər üçün verilən proqnoz da 540 min barel təşkil edib.

Xatırladaq ki, 2025-ci ilin birinci və ikinci rüblərdə neft hasilatı sutkada 570 min barel, üçüncü və dördüncü rüblərdə 560 min barel təşkil edib.

EIA-nın məlumatına görə, 2025-ci ildə Azərbaycanda maye karbohidrogenlərin hasilatı sutkada 570 min barel səviyyəsində olub.

  • Related Posts

    “YouTube”un son 2 ayda Azərbaycandakı bazar payı 2,5 dəfə azalıb

    Bu ilin avqust ayında Azərbaycanın sosial media bazarının bütün platformalarında (kompüter, mobil cihazlar və planşetlərdə) “YouTube”un bazar payı 29,27 % təşkil edib. Bu, iyul ayına nisbətən 7,31 faiz bəndi az,…

    Azərbaycanın ən böyük ixrac şirkətlərindən birinin 8 milyon borcu var – “Stop” qoyuldu

    Azərbaycanın ən böyük ixrac şirkətlərindən biri olan “Almeyvə” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) rəhbərinin ölkədən çıxışına məhdudiyyət qoyulub. ictimai.info-nun məlumatına görə, 1983-cü ildə Şamaxı şəhərində anadan olmuş Quliyev Rəşid Yusif oğlunun…

    Sizin üçün

    “Uber”dən RADİKAL QƏRAR: Üç mindən çox əməkdaşla yollar ayrılır

    • By admin
    • Sentyabr 2, 2026
    • 27 views
    “Uber”dən RADİKAL QƏRAR: Üç mindən çox əməkdaşla yollar ayrılır