Azərbaycan bundan hər il 3 milyard dollar qazanacaq

Bir il öncə imzalanan Vaşinqton anlaşmasının əsas məqamlarından biri də Zəngəzur dəhlizi və bu xəttin bir elementi olacaq “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu”nun (TRIPP) reallaşması ilə bağlı əldə edilən razılaşma və ötən müddətdə görülən işlərdir. Azərbaycanın əsas hisəsi ilə Naxçıvan arasındakı maneəsiz keçidi təmin edəcək bu dəhliz bütövlükdə regionun inkişafına xüsusi töhvə verəcək.

ictimai.info xəbər verir ki, bu sözləri millət vəkili, iqtisadçı alim Vüqar Bayramov qeyd edib.

O bildirib ki, 15 milyon ton ötürmə potensiallı Zəngəzur dəhlizi regionun inkişafında xüsusi paya malik olacaq:

“Yaxın gələcəkdə Orta Dəhlizin mühüm seqmentinə çevriləcək Zəngəzur dəhlizi Azərbaycanın geosiyasi mövqeyinin daha da möhkəmlənməsinə xidmət etməklə yanaşı, region dövlətlərinin gəlirlərinin artmasına da imkan yaradacaq. Qitələr arasındakı ticarət dövriyyəsinin 200 milyard dollar artacağı gözlənilir. Yüklərin 10-15 faizinin Zəngəzur dəhlizi vasitəsilə daşınacağı təqdirdə Azərbaycan yaxın gələcəkdə ildə 3 milyard dollar tranzit gəliri əldə edəcək. 10 illik proqnozlara əsasən, Zəngəzur dəhlizi 50 milyard dollar gəlir formalaşdırmaq və 60 mindən çox yeni iş yerinin yaradılmasına töhfə vermək potensialına malikdir.

Zəngəzur dəhlizi həm Şimal-Cənub, həm də Şərq-Qərb nəqliyyat dəhlizlərinə inteqrasiya olunacaq. Nəticədə Orta Dəhlizin də genişlənməsinə imkan yaradacaq ki, bu da Azərbaycanın Zəngəzur dəhlizinin istifadəyə verilməsi nəticəsində beynəlxalq yükdaşımalardan daha çox gəlir əldə etməsi deməkdir. Eyni zamanda, alternativ yollarla öz məhsullarını yeni bazarlara ixrac etmək imkanı qazandıracaq.

Zəngəzur dəhlizi həmçinin türk dünyasını birləşdirəcək quru nəqliyyat dəhlizidir. Bu baxımdan, Zəngəzur dəhlizinin istifadəyə verilməsi həm Azərbaycan ilə Naxçıvan Muxtar Respublikası arasında quru yolu ilə kommunikasiyanın bərpasına, Naxçıvanın blokadadan çıxmasına, həm də Azərbaycan daxil olmaqla bütövlükdə türk dünyasının iqtisadi inkişafına töhfə deməkdir”.

  • Related Posts

    “YouTube”un son 2 ayda Azərbaycandakı bazar payı 2,5 dəfə azalıb

    Bu ilin avqust ayında Azərbaycanın sosial media bazarının bütün platformalarında (kompüter, mobil cihazlar və planşetlərdə) “YouTube”un bazar payı 29,27 % təşkil edib. Bu, iyul ayına nisbətən 7,31 faiz bəndi az,…

    Azərbaycanın ən böyük ixrac şirkətlərindən birinin 8 milyon borcu var – “Stop” qoyuldu

    Azərbaycanın ən böyük ixrac şirkətlərindən biri olan “Almeyvə” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) rəhbərinin ölkədən çıxışına məhdudiyyət qoyulub. ictimai.info-nun məlumatına görə, 1983-cü ildə Şamaxı şəhərində anadan olmuş Quliyev Rəşid Yusif oğlunun…

    Sizin üçün

    “Uber”dən RADİKAL QƏRAR: Üç mindən çox əməkdaşla yollar ayrılır

    • By admin
    • Sentyabr 2, 2026
    • 25 views
    “Uber”dən RADİKAL QƏRAR: Üç mindən çox əməkdaşla yollar ayrılır