Nağd pulun həcminin kəskin artmasının səbəbi…

Bu ilin iyulun 1-nə Azərbaycanda geniş mənada pul kütləsinin (M3 aqreqatı) həcmi 52,924 milyard manat təşkil edib.

ictimai.info xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının (AMB) statistik bülleteninə əsasən, bu, 2025-ci ilin eyni dövrünə nisbətən 4,5 milyard manat və ya 9,2% çoxdur.

Bundan başqa, 2026-cı ilin iyulun 1-nə manatla pul kütləsinin (M2 aqreqatı) həcmi 43,254 milyard manat təşkil edib ki, bu da 2025-ci ilin eyni dövrünə nisbətən isə 6,4 milyard manat və ya 17,5% çoxdur.

Həmçinin hesabat dövründə tələbli depozitlər (M1 pul aqreqatı) üzrə göstərici 33,632 milyard manata bərabər olub. Bu, 2025-ci ilin eyni dövrünə nisbətən isə 4,2 milyard manat və ya 14,3% çoxdur.

Eyni zamanda, bu ilin iyulun 1-nə banklardan kənarda olan nağd pul kütləsi (M0 aqreqatı) 18,995 milyard manat təşkil edib ki, bu da ötən ilin eyni dövrünə nisbətən isə 2,5 milyard manat 15% çoxdur.

Azərbaycan Mərkəzi Bankı (AMB) pul dövriyyəsinin səmərəliliyinin artırılması və milli valyutanın inkişafı istiqamətində bir sıra tədbirləri davam etdirir. AMB-nin baş direktoru Rəşad Məmmədov Trend-ə müsahibəsində bildirib ki, rəqəmsal ödənişlərin sürətlə inkişaf etdiyi bir dövrdə nağd pul maliyyə sisteminin mühüm elementi olaraq qalır və Mərkəzi Bank bu sahədə balanslı siyasət həyata keçirir.

Onun sözlərinə görə, əsas prioritetlər nağd pula əlçatanlığın təmin edilməsi, nağd pul dövriyyəsinin optimallaşdırılması, milli pul nişanlarının müasir təhlükəsizlik elementləri ilə yenilənməsi, ödəniş sistemlərinin dayanıqlılığının gücləndirilməsi və bank sektoru ilə əməkdaşlığın genişləndirilməsidir.

R. Məmmədov qeyd edib ki, Mərkəzi Bank yeni nəsil milli pul nişanlarının hazırlanması istiqamətində də iş aparır.

“2024-cü ildə yeni konsepsiyanın müəyyənləşdirilməsi üçün ictimai sorğu keçirilib və növbəti mərhələdə pul nişanlarının dizaynı və təhlükəsizlik sistemlərinin hazırlanması nəzərdə tutulur”, – deyə o bildirib

  • Related Posts

    BYD bu ölkədə ucuz avtomobillərlə bazarı ələ alır

    Çinin avtomobil istehsalçısı BYD Yaponiyada yeni Racco kei avtomobili ilə bazardakı mövqeyini gücləndirməyi hədəfləyir. Kei avtomobilləri Yaponiyada avtomobil satışlarının təxminən üçdə birini təşkil edir. Bu seqment uzun illərdir ki, əsasən…

    Hamı axırıncı manatını götürüb dollar almağa qaçır, 1 həftə sonra satır”

    Bu ilin altı ayı ərzində Mərkəzi Bank 1.5 milyard ABŞ dolları həcmində alış yönümlü müdaxilə edib. Azərbaycan manatının möhkəmlənməsinin qarşısının alınması üçün müdaxilə etdik ki, məzənnə 1.7 dollar səviyyəsində qalsın.…

    Sizin üçün

    Rusiya ərazisində öldürülən generallar

    • By admin
    • Avqust 4, 2026
    • 3 views
    Rusiya ərazisində öldürülən generallar