Daha bir rusiyalı general öldürüldü

Avqustun 1-də Moskvanın “Balzi Rossi” restoranında baş vermiş partlayış nəticəsində ölənlər arasında rusiyalı general-mayor Valeri Ploxotnyuk da olub.

ictimai.info xəbər verir ki, bu barədə VÇK-OQPU Teleqram kanalı məlumat yayıb.

Kanal generalın avqustun 5-də Troekurov qəbiristanlığında dəfn edildiyi iddia olunan məzarın fotosunu yayıb.

“Mediazona” dövlət reyestrlərinə istinadla təsdiqləyib ki, onlarda Ploxotnyukun 1 avqustda ölümü ilə bağlı qeydlər var. Hakimiyyət orqanları isə generalın ölümünü rəsmi olaraq bildirməyib.

VÇK-OQPU iddia edir ki, Rusiya Aerokosmik Qüvvələrinin baş komandanı Aleksandr Çaykonun kürəkəni Danil Peredrinin dəfn mərasimi avqustun 6-da baş tutub.

Qeyd edək ki, Valeri Ploxotnyuk Ukraynadakı müharibənin iştirakçısıdır. O, 2022-ci ildə Xerson və Zaporojye istiqamətlərində fəaliyyət göstərən 49-cu ordunun qərargah rəisi olub.

  • Related Posts

    Fövqəladə vəziyyət: Seutaya növbəti kütləvi miqrant axını…

    Seuta ərazisində xidmət aparan Mərakeş təhlükəsizlik qüvvələri gücləndirilmiş hazırlıq vəziyyətinə gətirilib. ictimai.info Globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə “The Maghreb Times” xəbər portalı məlumat yayıb. Yerli hüquq-mühafizə orqanlarındakı mənbələrin…

    Daha bir türk gəmisi Qara dənizdə vuruldu

    Türkiyəyə məxsus “MV Güllük” yük gəmisi Novorossiysk limanı yaxınlığında Rusiyanın dron hücumuna məruz qalıb. ictimai.info xəbər verir ki, bu barədə “Haberdenizde” saytı məlumat yayıb. Hücum nəticəsində hər hansı itki olmasa…

    Sizin üçün

    Fövqəladə vəziyyət: Seutaya növbəti kütləvi miqrant axını…

    • By admin
    • Avqust 7, 2026
    • 13 views
    Fövqəladə vəziyyət: Seutaya növbəti kütləvi miqrant axını…