Avqustun 1-də Moskvanın “Balzi Rossi” restoranında baş vermiş partlayış nəticəsində ölənlər arasında rusiyalı general-mayor Valeri Ploxotnyuk da olub.
ictimai.info xəbər verir ki, bu barədə VÇK-OQPU Teleqram kanalı məlumat yayıb.
Kanal generalın avqustun 5-də Troekurov qəbiristanlığında dəfn edildiyi iddia olunan məzarın fotosunu yayıb.
“Mediazona” dövlət reyestrlərinə istinadla təsdiqləyib ki, onlarda Ploxotnyukun 1 avqustda ölümü ilə bağlı qeydlər var. Hakimiyyət orqanları isə generalın ölümünü rəsmi olaraq bildirməyib.
VÇK-OQPU iddia edir ki, Rusiya Aerokosmik Qüvvələrinin baş komandanı Aleksandr Çaykonun kürəkəni Danil Peredrinin dəfn mərasimi avqustun 6-da baş tutub.
Qeyd edək ki, Valeri Ploxotnyuk Ukraynadakı müharibənin iştirakçısıdır. O, 2022-ci ildə Xerson və Zaporojye istiqamətlərində fəaliyyət göstərən 49-cu ordunun qərargah rəisi olub.


