Türk gəmisi vuruldu: 22 ekipaj üzvü…

Türkiyənin Samsun limanından Rusiyanın Novorossiysk limanına hərəkət edən və meyvə-tərəvəzlə yüklənmiş konteynerlər daşıyan “Nadejda” gəmisi Ukrayna dronu ilə vurulub.

ictimai.info xəbər verir ki, gəminin ekipaj üzvləri Azərbaycan və Türkiyə vətəndaşlarından ibarətdir.

Türkiyənin “Kalyoncu” fırmasına məxsus gəmi başqa bir ölkənin bayrağı altında üzür.

Gəmi Bakı vaxtilə 19:30 radələrində vurulub.

Hücum nəticəsində itkin düşənlər olsa da, onlar tapılıb, lakin vəziyyətləri ağırdır.

***

Gəminin kapitanı bildirib ki, Ukrayna hücumda 6-7 PUA-dan istifadə edib. Hücum nəticəsində gəmidə yanğın baş verib, 4 nəfər yaralanıb.

***

“Nadejda” gəmisində 13-ü Türkiyə vətəndaşı olmaqla, ümumilikdə 22 heyət üzvü olub və dənizçilər Rusiya dəniz qüvvələri tərəfindən təhlükəsiz şəkildə Novorossiysk limanına təxliyə olunub.

Bu barədə Türkiyə Nəqliyyat və İnfrastruktur Nazirliyinin Dənizçilik Baş İdarəsi məlumat verib.

  • Related Posts

    İranda zəlzələ oldu

    İranın Hörmüzqan əyalətinin Fərğan şəhəri yaxınlığında 4,1 bal gücündə zəlzələ baş verib. ictimai.info xəbər verir ki, bu barədə Tehran Universitetinin Geofizika İnstitutunun Seysmoloji Mərkəzi məlumat yayıb. Bildirilib ki, zəlzələnin ocağı…

    Rusiya ərazisində öldürülən generallar

    Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı işğalından sonra Rusiya generalları təkcə cəbhədə deyil, arxa cəbhədə də hədəfə çevrilməyə başlayıblar. ictimai.info xəbər verir ki, bu barədə “Meduza” nəşri məqalə dərc edib. Nəşrin hesablamalarına…

    Sizin üçün

    ATƏT məkanında qeyri-sabit vəziyyət hökm sürür…

    • By admin
    • Avqust 4, 2026
    • 19 views
    ATƏT məkanında qeyri-sabit vəziyyət hökm sürür…