Transxəzər Fiber-Optik Kabel Xəttinin çəkilişinə başlanıldı

İxtisaslaşdırılmış gəmi Bakı limanından çıxaraq Qazaxıstanın Aktau limanı istiqamətində Transxəzər Fiber-Optik Kabel Xəttinin çəkilişinə başlayıb.

ictimai.info Report-a istinadla xəbər verir ki, bu barədə Qazaxıstanın Süni İntellekt və Rəqəmsal İnkişaf Nazirliyi məlumat yayıb.

Bildirilib ki, əlverişli hava şəraitində sualtı kabelin çəkilişinin 15-20 gün ərzində başa çatdırılması planlaşdırılır.

Daha əvvəl Çində istehsal olunmuş və sınaqdan keçirilmiş zirehli optik kabel Kurık limanına çatdırılıb, sonra isə Bakıya daşınıb. Hazırda kabel tam olaraq kabel çəkən gəminin göyərtəsindəki xüsusi rezervuara yüklənib.

İşlərə 20 min tondan çox su tutumuna malik, dinamik mövqeləndirmə sistemi ilə təchiz edilmiş ixtisaslaşmış gəmi cəlb olunub. Göyərtədə 70 heyət üzvü, texniki nəzarət mütəxəssisləri və “Kazakhtelecom”un nümayəndəsi var.

Məlumata əsasən, layihəni Qazaxıstanın “Kazakhtelecom” SC və Azərbaycanın “AzerTelecom International” şirkəti tərəfindən yaradılmış “CaspiLink B.V.” birgə müəssisəsi həyata keçirir. Kabelin Qazaxıstan və Azərbaycan hissələri artıq birləşdirilib, bütün optik xətlər sınaqdan keçirilib.

Mütəxəssislər dəniz işlərinə başlamamışdan əvvəl mühəndislik araşdırmaları aparıb, lövbər dayanacaqlarından və hərbi təlim zonalarından yan keçən marşrutu müəyyən edib, eləcə də ekoloji icazə alıblar.

Transxəzər Fiber-Optik Kabel Xəttinin 2026-cı ilin sonunadək istismara verilməsi planlaşdırılır.

  • Related Posts

    Vaqif Əsədovun qızı rəis vəzifəsindən azad olundu

    Fövqəladə Hallar Nazirliyinin Aparatında şöbə rəisi vəzifəsindən azad olunub. ictimai.info Qaynarinfo-ya istinadla xəbər verir ki, FHN-in Fövqəladə halların nəticələrinin aradan qaldırılması işinin təşkili Baş idarəsinin Tibbi və psixoloji yardımın təşkili…

    Onlar bu gündən Azərbaycana vizasız gələ biləcəklər

    Bu gündən başlayaraq Bosniya və Herseqovina və Sinqapurun ümumvətəndaş pasportuna malik vətəndaşlarının 2027-ci ilin avqustun 1-dək Azərbaycan ərazisinə turizm məqsədilə daxil olması üçün viza tələbi ləğv edilib. ictimai.info xəbər verir…

    Sizin üçün

    İrandan ABŞ-la gərginliklə bağlı bəyanat

    • By admin
    • Avqust 2, 2026
    • 4 views
    İrandan ABŞ-la gərginliklə bağlı bəyanat