Polşada məktəblərdə smartfonlardan istifadə qadağan edildi

Polşa Prezidenti Karol Navrotski növbəti tədris ilindən etibarən məktəblərdə smartfonlardan istifadəni qadağan edən qanunu imzalayıb.

ictimai.info xəbər verir ki, bu barədə RMF24 məlumat yayıb.

Məlumata görə, Karol Navrotski təhsil haqqında qanuna edilən dəyişiklikləri təsdiqləyib. Dəyişikliklərə əsasən, 2026-cı il sentyabrın 1-dən etibarən məktəblərdə və uşaq bağçalarında smartfonlardan istifadə qadağan olunacaq.

Qanuna əsasən, dövlət və ya özəl təhsil müəssisəsi olmasından asılı olmayaraq, şagirdlər məktəb ərazisində, o cümlədən tənəffüslərdə və sinifdənkənar məşğələlər zamanı smartfonlardan və analoji funksiyaya malik digər elektron qurğulardan istifadə edə bilməyəcəklər.

Qadağa məktəbəqədər təhsil müəssisələrinə də şamil olunacaq.

Bununla yanaşı, müəyyən istisnalar nəzərdə tutulub. Belə ki, müəllim tədris prosesi zamanı smartfon və ya planşetdən istifadəyə ehtiyac duyarsa və ya şagirdin valideynləri ilə əlaqə saxlaması zəruri olarsa, bu qurğulardan istifadəyə icazə veriləcək.

Həmçinin əlilliyi və ya digər xüsusi ehtiyacları olan şagirdlər, sağlamlıq vəziyyətləri ilə əlaqədar müəyyən tətbiqlərdən və ya smartfon vasitəsilə idarə olunan xüsusi avadanlıqlardan istifadə etməli olduqları hallarda gün ərzində bu qurğulardan yararlana biləcəklər.

 

  • Related Posts

    Vaqif Əsədovun qızı rəis vəzifəsindən azad olundu

    Fövqəladə Hallar Nazirliyinin Aparatında şöbə rəisi vəzifəsindən azad olunub. ictimai.info Qaynarinfo-ya istinadla xəbər verir ki, FHN-in Fövqəladə halların nəticələrinin aradan qaldırılması işinin təşkili Baş idarəsinin Tibbi və psixoloji yardımın təşkili…

    Onlar bu gündən Azərbaycana vizasız gələ biləcəklər

    Bu gündən başlayaraq Bosniya və Herseqovina və Sinqapurun ümumvətəndaş pasportuna malik vətəndaşlarının 2027-ci ilin avqustun 1-dək Azərbaycan ərazisinə turizm məqsədilə daxil olması üçün viza tələbi ləğv edilib. ictimai.info xəbər verir…

    Sizin üçün

    Rusiya bu kəndləri də işğal etdi

    • By admin
    • Avqust 1, 2026
    • 8 views
    Rusiya bu kəndləri də işğal etdi