PSJ yaponiyalı qapıçını transfer etdi

Fransa nəhəngi PSJ “Parma”nın yaponiyalı qapıçısı Dzion Suzukinin transferini yekunlaşdırıb.

Ölkə.az xəbər verir ki, bu barədə məşhur insayder Fabritsio Romano sosial şəbəkə hesabında məlumat yayıb.

Məlumata görə, Paris təmsilçisi 23 yaşlı istedadlı qolkiperin xidmətləri üçün 35 milyon avrosundan keçməli olub.

Qeyd edək ki, qısa müddət əvvəl – 2024-cü ilin yayında Suzuki 7.5 milyon avro müqabilində Belçikanın “Sent-Trüden” kollektivindən “Parma”ya transfer olunmuşdu. O, arxada qalan mövsümdə iştirak etdiyi 22 qarşılaşmada qapısında 30 top görsə də, 6 matçda çərçivəni toxunulmaz saxlamağı bacarıb.

Əlavə edək ki, gənc qapıçı bu il baş tutan dünya çempionatında Yaponiya milli komandasının heyətində nümayiş etdirdiyi xüsusi performansı ilə böyük rəğbət qazanmışdı.

  • Related Posts

    “Səbail”in adı dəyişdirilir

    “Səbail” futbol klubunun adı dəyişdirilir. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. “Regionlarda futbolun inkişaf etdirilməsi və kütləviliyinin artırılması əsas hədəf kimi müəyyənləşdirilərək, “Səbail” PFK-nın adının “Quba” adı ilə dəyişdirilməsi…

    Azərbaycan – Litva oyununun keçiriləcəyi yer dəyişdirildi – AFFA səbəbi açıqladı

    Azərbaycan və Litva milli komandaları arasında oktyabrın 4-də keçiriləcək qarşılaşmanın məkanı dəyişdirilib. Bu barədə AFFA məlumat yayıb. Bildirilib ki, oyunun ilkin olaraq Gəncə şəhərində keçirilməsi ilə bağlı UEFA-nın müvafiq razılığı…

    Sizin üçün

    “Uber”dən RADİKAL QƏRAR: Üç mindən çox əməkdaşla yollar ayrılır

    • By admin
    • Sentyabr 2, 2026
    • 25 views
    “Uber”dən RADİKAL QƏRAR: Üç mindən çox əməkdaşla yollar ayrılır