UEFA Çempionlar Liqası: “Sabah” darmadağınla pley-off mərhələsində – YENİLƏNİB

“Sabah” klubu UEFA Çempionlar Liqasında növbəti oyununu keçirib.

Ölkə.az xəbər verir ki, Azərbaycan çempionu III təsnifat mərhələsinin cavab matçında Danimarkanın “Orxus” klubunu qəbul edib.

“Bank Respublika Arena”da oynanılan qarşılaşma “Sabah”ın 4:0 hesablı qələbəsi ilə başa çatıb. Matçda bütün qollar ikinci hissədə vurulub. Velko Simiç, Stiv Silve, Coy-Lens Mikels və Ksander Severina fərqləniblər.

İlk oyunda 1:2 hesablı məğlubiyyətə baxmayaraq, cavab matçında rəqibini 4 cavabsız qolla üstələyən “Sabah” Çempionlar Liqasının pley-off mərhələsinə yüksəlib. Komanda bununla həm də ən azı Avropa Liqasının əsas mərhələsinə vəsiqəni təmin edib.

Qeyd edək ki, “Sabah” pley-off mərhələsində “Srvena Zvezda” (Serbiya) – “Hapoel” (Ber-Şeva, İsrail) cütünün qalibi ilə qarşılaşacaq. İsrail klubu ilk görüşdə 1:0 hesablı qələbə qazanıb.

***

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin “Sabah” – “Orhus” (Danimarka) matçı başlayıb.

Ölkə.az xəbər verir ki, qarşılaşma Masazırdakı “Bank Respublika Arena”da keçirilir.

Görüşü fransalı FIFA referisi Villi Delajo idarə edir.

Qeyd edək ki, komandalar arasında ilk matç Danimarka təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

 

  • Related Posts

    “Səbail”in adı dəyişdirilir

    “Səbail” futbol klubunun adı dəyişdirilir. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. “Regionlarda futbolun inkişaf etdirilməsi və kütləviliyinin artırılması əsas hədəf kimi müəyyənləşdirilərək, “Səbail” PFK-nın adının “Quba” adı ilə dəyişdirilməsi…

    Azərbaycan – Litva oyununun keçiriləcəyi yer dəyişdirildi – AFFA səbəbi açıqladı

    Azərbaycan və Litva milli komandaları arasında oktyabrın 4-də keçiriləcək qarşılaşmanın məkanı dəyişdirilib. Bu barədə AFFA məlumat yayıb. Bildirilib ki, oyunun ilkin olaraq Gəncə şəhərində keçirilməsi ilə bağlı UEFA-nın müvafiq razılığı…

    Sizin üçün

    “Uber”dən RADİKAL QƏRAR: Üç mindən çox əməkdaşla yollar ayrılır

    • By admin
    • Sentyabr 2, 2026
    • 25 views
    “Uber”dən RADİKAL QƏRAR: Üç mindən çox əməkdaşla yollar ayrılır