Sosial ictimai xəbərlər

Təhsil

Akademikdən məktəbli geyimləri ilə bağlı mühüm çağırış – VİDEO

“Mən məktəbli formasının vahid olmasının tərəfdarıyam və mənə elə gəlir ki, bu, məktəbli üçün ən vacib şərtlərdən biridir”.

Bunu Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı deyib.

Onun sözlərinə görə, məktəbli formanı əyninə geyindikdə artıq başa düşür ki, o, məktəbə gedir, dərsə gedir:

“Həmin formanı geyindikdə o dərs oxuyacaq. Biri var ki, o gəzməyə gedir, bu zaman başqa məsələ, onda başqa paltarlar geyinə bilər. Ancaq məktəbdə mütləq forma olmalıdır.

Həmçinin bilirsiniz ki, məktəbli forması rahat olmalıdır. Uşaq onu geyinəndə narahatlıq hiss etməməlidir”.

“Məktəbli forması fabriklərdə və ya xüsusi atelyelərdə hazırladıqda onun parçasından tutmuş rənginə qədər hər şeyə diqqət edilməlidir ki, o, həm xoş olsun, həm də məktəbli özünü doğrudan da bir məktəbli kimi hiss etsin”, – deyə N. Vəlixanlı əlavə edib.