Bunu UEFA Millətlər Liqasının qrup mərhələsində keçiriləcək Azərbaycan – Lixtenşteyn matçından əvvəl təşkil olunan mətbuat konfransında millimizin futbolçusu Emin Mahmudov deyib.
O bildirib ki, komandamız bu oyunda mütləq qələbə qazanmalıdır:
“Bu oyuna yaxşı hazırlaşmışıq. Bütün heyət olaraq üzərimizdə məsuliyyət var. Əvvəlki rəqiblərlə müqayisədə burada yalnız yaxşı oynamaq deyil, eyni zamanda qələbə qazanmaq da vacibdir”.
Qeyd edək ki, UEFA Millətlər Liqasının D Liqasının II qrupunda Azərbaycan – Lixtenşteyn oyunu sabah saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.