Ermənistanın sabiq prezidenti Robert Köçəryan və onun oğlu Sedrak Köçəryan saxlanılıb.
ictimai.info xəbər verir ki, bu barədə “Aysor” Ermənistanın Antikorrupsiya Komitəsinə istinadən məlumat yayıb.
“Ermənistanın Antikorrupsiya Komitəsinin korrupsiya cinayətləri üzrə apardığı təhqiqat çərçivəsində onlarla ünvanda axtarışlar və digər prosessual hərəkətlər həyata keçirilir. Zərurət yarandıqda, əlavə məlumat veriləcək”, – komitənin açıqlamasında bildirilir.
09.38
Ermənistanın ikinci prezidenti Robert Köçəryan Korrupsiyaya Qarşı Mübarizə Komitəsinə aparılıb.
Qaynarinfo xəbər verir ki, bu barədə “Sputnik Ermənistan”a “Ermənistan” blokunun deputatı Aqnessa Xamoyan məlumat verib.
Vergi xidməti Köçəryanlar ailəsinə məxsus “Toyota” salonunu möhürləyib. Həmçinin “Oranj fitnes” idman kompleksində istintaq hərəkətləri həyata keçirilir. Səhər saatlarından etibarən Levon Köçəryanın evində axtarışlar aparılır. Antikorrupsiyaya Komitəsindən bildirilib ki, cinayət işinin icraatı çərçivəsində onlarla ünvanda axtarışlar və digər prosessual hərəkətlər həyata keçirilir.


