Saxta ödəniş səhifələri yaradılıb – Ehtiyatlı olun!

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Milli Kibertəhlükəsizlik Agentliyinin (MKA) əməkdaşları tərəfindən açıq mənbələr üzrə aparılan monitorinq zamanı “MilliÖn” ödəniş sisteminin adından və vizual üslubundan istifadə etməklə həyata keçirilən fişinq kampaniyası aşkarlanıb.

ictimai.info xəbər verir ki, bu barədə ETX məlumat yayıb.

Bildirilib ki, bu saxta kampaniya çərçivəsində istifadəçilərə 1 AZN müqabilində 5 GB mobil internet və 80 dəqiqə danışıq paketi təklif edilir. Bu məqsədlə “MilliÖn”ün rəsmi səhifələrini təqlid edən million-az.shop və millionaz.site domenlərində saxta ödəniş səhifələri yaradılıb. Səhifələrdə istifadəçidən kart sahibinin adı və soyadı, kart nömrəsi, kartın bitmə tarixi, CVV kodu, telefon nömrəsi və digər məlumatlar tələb olunub.

MKA-nın apardığı texniki təhlil nəticəsində müəyyən edilib ki, səhifələrdə daxil edilən məlumatların real ödəniş sisteminə, prosessinq mərkəzi və ya bank şlüzünə ötürülməsini göstərən mexanizm mövcud deyil. Əksinə, mənbə kodunda istifadəçinin daxil etdiyi məlumatların saytın idarəedici skripti vasitəsilə üçüncü tərəfə, o cümlədən “Telegram” xidmətinə ötürülməsini təmin edən funksiya aşkarlanıb. Bu isə resursların əsas məqsədinin ödəniş qəbul etmək deyil, bank kartlarının rekvizitlərini toplamaq olduğunu göstərir.

Araşdırma zamanı müəyyən edilib ki, eyni yanaşma yalnız “MilliÖn” adı ilə məhdudlaşmır. “AzərPay” adı altında yaradılmış saxta hesab və domenlərdə də oxşar məzmunlu kampaniya həyata keçirilib. Müxtəlif reklam materiallarının müqayisəsi zamanı eyni şablon və strukturdan istifadə olunduğu, əsasən brend elementlərinin dəyişdirildiyi müəyyən edilib. Bununla yanaşı, “Ulduz Pay” adı ilə yaradılmış saxta hesab vasitəsilə də “millionaz.site” domeninə keçid yerləşdirilib.

MKA-nın monitorinqi nəticəsində kampaniya ilə əlaqəli internet-million.onlinemiillion.onlinemillionngb.com və azerpay-az-gb.site.je domenləri də aşkarlanıb.

  • Related Posts

    s” Dəhşətli daşqının miqyasını əks etdirən PEYK GÖRÜNTÜLƏRİ Nepalda baş verən dağıdıcı daşqının miqyasını əks etdirən peyk təsvirlərini nümayiş etdirib Xəbər verir ki, şirkət müvafiq fotoları “Telegram” kanalı vasitəsilə paylaşıb. Məlumata görə,…

    4 min illik xəstəlik yenidən baş qaldırdı – Azərbaycanda da qeydə alınıb

    Dünyanın ən qədim yoluxucu xəstəliklərindən biri hesab olunan cüzam – Hansen xəstəliyi ABŞ-də yenidən diqqət mərkəzinə düşüb. Florida ştatında 2026-cı ilin ilk aylarında 19 yeni yoluxma faktının qeydə alınması narahatlıq…

    Sizin üçün

    “Uber”dən RADİKAL QƏRAR: Üç mindən çox əməkdaşla yollar ayrılır

    • By admin
    • Sentyabr 2, 2026
    • 22 views
    “Uber”dən RADİKAL QƏRAR: Üç mindən çox əməkdaşla yollar ayrılır