s”

Dəhşətli daşqının miqyasını əks etdirən PEYK GÖRÜNTÜLƏRİ

Nepalda baş verən dağıdıcı daşqının miqyasını əks etdirən peyk təsvirlərini nümayiş etdirib

Xəbər verir ki, şirkət müvafiq fotoları “Telegram” kanalı vasitəsilə paylaşıb.

Məlumata görə, kadralar “Resurs-P” peyki tərəfindən təxminən 500 kilometr hündürlükdən — Nepalın Trisuli çayı ərazisindən lentə alınıb. İyulun 9-da və avqustun 28-də çəkilmiş müqayisəli fotolarda çayın öz məcrasından çıxaraq ətraf əraziləri tamamilə su altında qoyduğu aydın görünür.

Təbii fəlakət avqustun 26-da Lanqtanq Lirunq dağındakı buzlağın qismən uçması nəticəsində meydana gəlib. Dağdan qopan nəhəng buz kütləsi Lhende Xola çayının dərəsinə tökülərək suyun qarşısını kəsib. Yarana güclü sel suları həm Nepalda, həm də Çinin Tibet Muxtar Bölgəsində kütləvi dağıntılara yol açıb.

Son məlumatlara əsasən, daşqınlar nəticəsində Nepalda 1100-dən çox insan həyatını itirib. 4000-dən çox şəxsin itkin düşdüyü bildirilir. Hazırda fəlakət zonasında axtarış-xilasetmə işləri davam etdirilir.

 

  • Related Posts

    4 min illik xəstəlik yenidən baş qaldırdı – Azərbaycanda da qeydə alınıb

    Dünyanın ən qədim yoluxucu xəstəliklərindən biri hesab olunan cüzam – Hansen xəstəliyi ABŞ-də yenidən diqqət mərkəzinə düşüb. Florida ştatında 2026-cı ilin ilk aylarında 19 yeni yoluxma faktının qeydə alınması narahatlıq…

    ABŞ təyyarəsi Rusiya yaxınlığında radarlardan İTDİ

    ABŞ Hərbi Hava Qüvvələrinə məxsus strateji kəşfiyyat təyyarəsi sentyabrın 2-də patrul uçuşu zamanı radarlardan itib. “RİA Novosti” bu barədə uçuş məlumatlarına istinadən xəbər yayıb. Təyyarə Murmanskın şimalında, Barens dənizinin akvatoriyasında…

    Sizin üçün

    “Uber”dən RADİKAL QƏRAR: Üç mindən çox əməkdaşla yollar ayrılır

    • By admin
    • Sentyabr 2, 2026
    • 22 views
    “Uber”dən RADİKAL QƏRAR: Üç mindən çox əməkdaşla yollar ayrılır