Rusiya səfiri Azərbaycan Xarici İşlər Nazirliyinə çağırıldı

Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Mixail Yevdokimov Xarici İşlər Nazirliyinə çağırılıb.

Görüş zamanı son dövrlərdə Rusiya Federasiyasının media və informasiya məkanında Azərbaycan Respublikası, Azərbaycan xalqı və ölkə rəhbərliyi əleyhinə səsləndirilən təxribat, təhqir və təhdid xarakterli açıqlamalarla bağlı Azərbaycan tərəfinin ciddi narahatlığı və qəti etirazı Rusiya tərəfinin diqqətinə çatdırılıb.

Xüsusilə, 13 avqust 2026-cı il tarixində “Çastota ponimaniya” layihəsi çərçivəsində yayımlanan verilişdə ölkəmizə, xalqımıza və Azərbaycan Respublikasının rəhbərliyinə qarşı səsləndirilən ifadələrə diqqət çəkilib.

Bununla yanaşı, 7 avqust tarixində “Sputnik” radiosunda yayımlanan proqramda Azərbaycan rəhbərliyinin “Rusiyanın terrorçu və ekstremistlər siyahısına” daxil edilməsi ilə bağlı səsləndirilən cəfəngiyyat, 9 avqust tarixində “YouTube” platformasında, 16 avqust tarixində isə “Spas” telekanalında Azərbaycanın rəhbərliyinə qarşı yenidən təhqir məzmunlu materialın yayımlanması və təxribatçı fikirlərin səsləndirilməsi xatırlanıb.

Azərbaycan dövlətinin daxili siyasi proseslərinə müdaxilə imkanlarının müzakirə edilməsi, Azərbaycan xalqına və Azərbaycan rəhbərliyinə qarşı fiziki zorakılıq xarakterli çağırışların səsləndirilməsinin qəbuledilməz olduğu vurğulanıb.

Azərbaycan tərəfinin dəfələrlə sözügedən fəaliyyətlərin qarşısının alınmasına dair çağırışlara və məsələnin müxtəlif siyasi səviyyələrdə müzakirə edilməsimə baxmayaraq, analoji ritorikanın daha sərt formada davam etməsinin ciddi narahatlıq doğurduğu bildirilib.

“Görüşdə Rusiyanın informasiya və media məkanında Azərbaycan əleyhinə təxribat, təhdid və zorakılıq ritorikasına son qoyulması məqsədilə təxirəsalınmaz və təsirli tədbirlərin görülməsi barədə gözləntimiz bir daha qarşı tərəfin diqqətinə çatdırılıb”, – Xarici İşlər Nazirliyinin məlumatında deyilir.

  • Related Posts

    s” Dəhşətli daşqının miqyasını əks etdirən PEYK GÖRÜNTÜLƏRİ Nepalda baş verən dağıdıcı daşqının miqyasını əks etdirən peyk təsvirlərini nümayiş etdirib Xəbər verir ki, şirkət müvafiq fotoları “Telegram” kanalı vasitəsilə paylaşıb. Məlumata görə,…

    4 min illik xəstəlik yenidən baş qaldırdı – Azərbaycanda da qeydə alınıb

    Dünyanın ən qədim yoluxucu xəstəliklərindən biri hesab olunan cüzam – Hansen xəstəliyi ABŞ-də yenidən diqqət mərkəzinə düşüb. Florida ştatında 2026-cı ilin ilk aylarında 19 yeni yoluxma faktının qeydə alınması narahatlıq…

    Sizin üçün

    “Uber”dən RADİKAL QƏRAR: Üç mindən çox əməkdaşla yollar ayrılır

    • By admin
    • Sentyabr 2, 2026
    • 22 views
    “Uber”dən RADİKAL QƏRAR: Üç mindən çox əməkdaşla yollar ayrılır