“Qarabağ” 2 milyon avroluq transfer edir?

“Qarabağ” Kamerun millisinin 25 yaşlı yarımmüdafiəçisi Ceyms Eto üçün Bolqarıstanın ÇSKA (Sofiya) klubuna təklif göndərib.

ictimai.info xarici mediaya istinadən xəbər verir ki, artıq ilkin təklif təqdim olunub, lakin Bolqarıstan klubu ilk təklifdən razı qalmayıb. Razılıq əldə olunacağı təqdirdə Ceyms Eto Azərbaycan Premyer Liqasında çıxış edə bilər. Bolqarların Ağdam təmsilçisindən 2 milyon avro tələb etdiyi deyilir.

Futbolçunun bu keçiddə maraqlı olduğu bildirilir. Bununla belə, Eto komandadan ayrılmaq üçün klub rəhbərliyi ilə münaqişəyə getmək niyyətində deyil. Növbəti addımın atılması üçün hər iki klub və futbolçu yekun qərarı gözləyir.

“Transfermarkt”ın məlumatına görə, Ceyms Etonun bazar dəyəri 1,8 milyon avrodur.

Kamerun millisində bir oyun keçirən Eto 2024-cü ilin sentyabrında hazırkı klubuna qoşulub. Onun ÇSKA Sofiya ilə müqaviləsi 2029-cu ilə qədər qüvvədədir. Futbolçu ilə “Ludoqorets” və “Gent” klublarının da maraqlandığı bildirilir.

  • Related Posts

    “Səbail”in adı dəyişdirilir

    “Səbail” futbol klubunun adı dəyişdirilir. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. “Regionlarda futbolun inkişaf etdirilməsi və kütləviliyinin artırılması əsas hədəf kimi müəyyənləşdirilərək, “Səbail” PFK-nın adının “Quba” adı ilə dəyişdirilməsi…

    Azərbaycan – Litva oyununun keçiriləcəyi yer dəyişdirildi – AFFA səbəbi açıqladı

    Azərbaycan və Litva milli komandaları arasında oktyabrın 4-də keçiriləcək qarşılaşmanın məkanı dəyişdirilib. Bu barədə AFFA məlumat yayıb. Bildirilib ki, oyunun ilkin olaraq Gəncə şəhərində keçirilməsi ilə bağlı UEFA-nın müvafiq razılığı…

    Sizin üçün

    “Uber”dən RADİKAL QƏRAR: Üç mindən çox əməkdaşla yollar ayrılır

    • By admin
    • Sentyabr 2, 2026
    • 22 views
    “Uber”dən RADİKAL QƏRAR: Üç mindən çox əməkdaşla yollar ayrılır