“İmişli”nin yeni transferində hepatit aşkarlandı – Klubdan göndərildi

“İmişli”nin yay “transfer pəncərəsi”ndə heyətinə qatdığı Domingos Sengui Hermenegildo (Picas) ilə yolları ayrılıb.

ictimai.info Sport24.az-a istinadən xəbər verir ki, 25 yaşlı anqolalı futbolçunun tibbi müayinəsi zamanı hepatit aşkarlanıb.

Bu səbəbdən bölgə təmsilçisi onunla bağlanan müqaviləyə xitam verib.

Qeyd edək ki, Picas “İmişli” ilə 2+1 illik müqavilə imzalamışdı. O, daha əvvəl Anqolanın “Petro Luanda”, Portuqaliyanın “Şaveş”, “Torreenşe”, “Feyrenşe” və “Fafi” klublarında çıxış edib.

  • Related Posts

    “Səbail”in adı dəyişdirilir

    “Səbail” futbol klubunun adı dəyişdirilir. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. “Regionlarda futbolun inkişaf etdirilməsi və kütləviliyinin artırılması əsas hədəf kimi müəyyənləşdirilərək, “Səbail” PFK-nın adının “Quba” adı ilə dəyişdirilməsi…

    Azərbaycan – Litva oyununun keçiriləcəyi yer dəyişdirildi – AFFA səbəbi açıqladı

    Azərbaycan və Litva milli komandaları arasında oktyabrın 4-də keçiriləcək qarşılaşmanın məkanı dəyişdirilib. Bu barədə AFFA məlumat yayıb. Bildirilib ki, oyunun ilkin olaraq Gəncə şəhərində keçirilməsi ilə bağlı UEFA-nın müvafiq razılığı…

    Sizin üçün

    “Uber”dən RADİKAL QƏRAR: Üç mindən çox əməkdaşla yollar ayrılır

    • By admin
    • Sentyabr 2, 2026
    • 22 views
    “Uber”dən RADİKAL QƏRAR: Üç mindən çox əməkdaşla yollar ayrılır