Ronaldo karyerasını bitirəcəyinə işarə etdi: “Bu, yəqin ki, son ilimdir”

Portuqaliya millisinin və Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun hücumçusu Kriştiano Ronaldo futbolçu karyerasının başa çatmasına yaxın olduğunu açıqlayıb.

ictimai.info “The Guardian”a istinadən xəbər verir ki, 41 yaşlı futbolçu “Vogue” jurnalına müsahibəsində futboldakı gələcəyi barədə danışıb.

Ronaldo bildirib ki, cari ilin onun peşəkar futbolçu kimi son ili olması ehtimalı yüksəkdir.

“Bu, yəqin ki, futbolda son ilimdir və möhtəşəm bir miras qoymaq istəyirəm”, – deyə Ronaldo bildirib.

Karyerası ərzində klub və milli komanda səviyyəsində 950-dən çox qol vuran portuqaliyalı ulduz daha əvvəl də futboldan “tezliklə” və ya “bir-iki il ərzində” gedə biləcəyini söyləmişdi.

Ronaldo futboldan sonrakı həyatını da planlaşdırdığını deyib. O, səyahət və padel kimi məşğuliyyətləri sevdiyini bildirib:

“Futbol həyatınızda böyük boşluq yarada bilər. Buna görə də vaxtınızı yalnız bir deyil, müxtəlif yollarla doldurmalısınız”.

“Mançester Yunayted”, “Real Madrid” və “Yuventus”un keçmiş futbolçusu şəxsi həyatında da yeni mərhələyə qədəm qoyub. O, bu yaxınlarda Corcina Rodriqeslə Portuqaliyanın Kaskayş kurort şəhərində keçirilən mərasimdə ailə həyatı qurub.

Ronaldo futboldan sonra qazandıqlarından zövq almaq istədiyini söyləyib:

“Qazandığım şeylərdən – daha doğrusu, qazandığımız şeylərdən zövq almağa davam etmək istəyirəm. Çünki nəticədə 25 il ərzində çoxlu fədakarlıq etmişik”.

Qeyd edək ki, Portuqaliya millisinin kapitanı bu yay keçirilən dünya çempionatında komandası ilə 1/8 final mərhələsinə qədər irəliləyib. O, yeni mövsüm öncəsi “Əl-Nəsr”in düşərgəsinə qoşulacaq.

Ronaldo karyerası ərzində 5 dəfə Çempionlar Liqasının qalibi olub, 2016-cı ildə Portuqaliya ilə Avropa çempionluğu yaşayıb. O, həmçinin iki dəfə UEFA Millətlər Liqasını qazanıb və 5 dəfə “Qızıl top” mükafatına layiq görülüb

  • Related Posts

    “Səbail”in adı dəyişdirilir

    “Səbail” futbol klubunun adı dəyişdirilir. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. “Regionlarda futbolun inkişaf etdirilməsi və kütləviliyinin artırılması əsas hədəf kimi müəyyənləşdirilərək, “Səbail” PFK-nın adının “Quba” adı ilə dəyişdirilməsi…

    Azərbaycan – Litva oyununun keçiriləcəyi yer dəyişdirildi – AFFA səbəbi açıqladı

    Azərbaycan və Litva milli komandaları arasında oktyabrın 4-də keçiriləcək qarşılaşmanın məkanı dəyişdirilib. Bu barədə AFFA məlumat yayıb. Bildirilib ki, oyunun ilkin olaraq Gəncə şəhərində keçirilməsi ilə bağlı UEFA-nın müvafiq razılığı…

    Sizin üçün

    “Uber”dən RADİKAL QƏRAR: Üç mindən çox əməkdaşla yollar ayrılır

    • By admin
    • Sentyabr 2, 2026
    • 22 views
    “Uber”dən RADİKAL QƏRAR: Üç mindən çox əməkdaşla yollar ayrılır