Azərbaycan badmintonçuları beynəlxalq turnirdə 4 medal qazanıblar

Azərbaycan badmintonçuları “Azerbaijan Junior Open 2026” beynəlxalq turnirində 1 qızıl, 2 gümüş və 1 bürünc medal qazanıblar.

ictimai.info Azərbaycan Badminton Federasiyasına istinadən xəbər verir ki, ilk dəfə “Junior International Series” kateqoriyasında təşkil olunan yarışda 9 ölkədən 64 idmançı mübarizə aparıb.

Kişilərin qoşa yarışında Ülvi Hüseynov – Əmirxan İmanov tandemi finalda ABŞ təmsilçilərinə 2:0 (21:16, 23:21) hesabı ilə qalib gələrək turnirin qızıl medalına yiyələnib.

Qadınların qoşa yarışında Leyla Camalzadə – Yağmur Quliyeva cütü, kişilərin şəxsi yarışında isə Ülvi Hüseynov gümüş medala layiq görülüblər.

Qarışıq qoşa yarışında Əmirxan İmanov – Yağmur Quliyeva cütü bürünc medal əldə edib.

Turnirin ümumi mükafat fondu 5 min ABŞ dolları (8 500 manat) təşkil edib.

Qeyd edək ki, Dünya Badminton Federasiyasının (BWF) rəsmi təqvim planına daxil olan turnirin keçirilməsində əsas məqsəd yeniyetmə və gənc badmintonçuların beynəlxalq yarış təcrübəsinin artırılması, onların peşəkar inkişafına dəstək göstərilməsi və milli komandada rəqabət mühitinin gücləndirilməsidir.

  • Related Posts

    “Səbail”in adı dəyişdirilir

    “Səbail” futbol klubunun adı dəyişdirilir. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. “Regionlarda futbolun inkişaf etdirilməsi və kütləviliyinin artırılması əsas hədəf kimi müəyyənləşdirilərək, “Səbail” PFK-nın adının “Quba” adı ilə dəyişdirilməsi…

    Azərbaycan – Litva oyununun keçiriləcəyi yer dəyişdirildi – AFFA səbəbi açıqladı

    Azərbaycan və Litva milli komandaları arasında oktyabrın 4-də keçiriləcək qarşılaşmanın məkanı dəyişdirilib. Bu barədə AFFA məlumat yayıb. Bildirilib ki, oyunun ilkin olaraq Gəncə şəhərində keçirilməsi ilə bağlı UEFA-nın müvafiq razılığı…

    Sizin üçün

    “Uber”dən RADİKAL QƏRAR: Üç mindən çox əməkdaşla yollar ayrılır

    • By admin
    • Sentyabr 2, 2026
    • 22 views
    “Uber”dən RADİKAL QƏRAR: Üç mindən çox əməkdaşla yollar ayrılır