“Neftçi” yeni mövsümə qələbə ilə start verdi (VİDEO)

Futbol üzrə Azərbaycan Premyer Liqasında ilk turun daha bir oyunu keçirilib.


ictimai.info xəbər verir ki, “Neftçi” “SOCAR Polymer Arena”da “Sumqayıt”ın qonağı olub. Görüş “ağ-qaralar”ın 3:1 hesablı qələbəsi ilə başa çatıb.


“Neftçi”nin heyətində qolları Breno Almeyda (2) və Lyubomir Tupta vurublar. Ev sahibi komandadan isə Nadir Orucov fərqlənib.

74-cü dəqiqədə “Sumqayıt”ın kapitanı Səbuhi Abdullazadə qırmızı vərəqə ilə meydandan qovulub.


Qeyd edək ki, turun əvvəlki oyunlarında “Turan Tovuz” “Qəbələ”ni, 1:0, “Sabah” “Kəpəz”i 2:0 hesabı ilə məğlub edib, “Araz-Naxçıvan” – “İmişli” matçında isə qalib müəyyənləşməyib – 0:0.

  • Related Posts

    “Səbail”in adı dəyişdirilir

    “Səbail” futbol klubunun adı dəyişdirilir. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. “Regionlarda futbolun inkişaf etdirilməsi və kütləviliyinin artırılması əsas hədəf kimi müəyyənləşdirilərək, “Səbail” PFK-nın adının “Quba” adı ilə dəyişdirilməsi…

    Azərbaycan – Litva oyununun keçiriləcəyi yer dəyişdirildi – AFFA səbəbi açıqladı

    Azərbaycan və Litva milli komandaları arasında oktyabrın 4-də keçiriləcək qarşılaşmanın məkanı dəyişdirilib. Bu barədə AFFA məlumat yayıb. Bildirilib ki, oyunun ilkin olaraq Gəncə şəhərində keçirilməsi ilə bağlı UEFA-nın müvafiq razılığı…

    Sizin üçün

    “Uber”dən RADİKAL QƏRAR: Üç mindən çox əməkdaşla yollar ayrılır

    • By admin
    • Sentyabr 2, 2026
    • 22 views
    “Uber”dən RADİKAL QƏRAR: Üç mindən çox əməkdaşla yollar ayrılır