Almaniya Rusiya ərazisində əməliyyatlar keçirmək istəyir

Almaniya Bundestaqının Nəzarət Komitəsinin sədri Mark Henrixman xüsusi xidmət orqanlarına Rusiya ərazisində əməliyyatlar keçirmək səlahiyyətinin verilməsini planlaşdırır.

Bu barədə “Die Velt” nəşri məlumat yayıb.

Bildirilir ki, Henrixman Almaniyanın kəşfiyyat xidmətlərinə Rusiyanın pilotsuz uçuş aparatları istehsalçılarına qarşı qabaqlayıcı kiberhücumlar həyata keçirmək səlahiyyətinin verilməsini istəyir.

“Gələcəkdə sadəcə məlumat toplamaq artıq kifayət etməyəcək. Ən yaxşı dron heç vaxt havaya qalxmayan və bununla da Almaniyada insanların həyatını təhlükə altına atmayan drondur. Biz həqiqətən də xidmətlərimizə belə imkan verməliyik ki, ideal halda həm Rusiyada yerləşən hücum dronunu, həm də onun istehsal edildiyi zavodu Almaniya hava limanına və ya Almaniyada insanların həyatı və sağlamlığına qarşı istifadə edilməzdən əvvəl iflic edə və sıradan çıxara bilsinlər”, – komitə sədri qeyd edib.

Henrixmannın sözlərinə görə, xüsusi xidmət orqanlarını yenidən qurmaq, ideal halda isə təhlükəni qabaqlamaq lazımdır.

  • Related Posts

    s” Dəhşətli daşqının miqyasını əks etdirən PEYK GÖRÜNTÜLƏRİ Nepalda baş verən dağıdıcı daşqının miqyasını əks etdirən peyk təsvirlərini nümayiş etdirib Xəbər verir ki, şirkət müvafiq fotoları “Telegram” kanalı vasitəsilə paylaşıb. Məlumata görə,…

    4 min illik xəstəlik yenidən baş qaldırdı – Azərbaycanda da qeydə alınıb

    Dünyanın ən qədim yoluxucu xəstəliklərindən biri hesab olunan cüzam – Hansen xəstəliyi ABŞ-də yenidən diqqət mərkəzinə düşüb. Florida ştatında 2026-cı ilin ilk aylarında 19 yeni yoluxma faktının qeydə alınması narahatlıq…

    Sizin üçün

    “Uber”dən RADİKAL QƏRAR: Üç mindən çox əməkdaşla yollar ayrılır

    • By admin
    • Sentyabr 2, 2026
    • 25 views
    “Uber”dən RADİKAL QƏRAR: Üç mindən çox əməkdaşla yollar ayrılır