Ölkə.az xəbər verir ki, bu barədə İranın Ali rəhbərinin yeni hərbi müşaviri Möhsün Rezai bildirib.
Onun sözlərinə görə, Tehran hərbi əməliyyatların dayandırılması, İran aktivlərinin blokdan çıxarılası, eləcə də regionda, o cümlədən Livan və Qəzza zolağında müharibələrin dayandırılmasını tələb edir.
“ABŞ öz mövqeyini dəyişməyənə və İranın şərtlərini qəbul etməyənə qədər boğaz açılmayacaq”, – Rezai bildirib.
O həmçinin vurğulayıb ki, İran və Oman arasında Hörmüz boğazı üzrə razılaşma su yolunun açılması məsələsinə heç bir təsir göstərməyəcək.


