“Dərnəgül” elektrik deposu tarixində ilk qatarı qəbul edib

İnşaat işlərinin ikinci mərhələsi yekunlaşan “Dərnəgül” elektrik deposu tarixində ilk qatarı qəbul edib.

Bu barədə “Bakı Metropoliteni” QSC-də məlumat verilib.

Bildirilib ki, deponun qismən istismara verilməsi üçün sınaq qatarının hərəkəti uğurla tamamlanıb, depo yolları bütün lazımi texniki parametrlər üzrə yoxlanılıb.

Yeni depoda Yaşıl xətdə hərəkət edəcək qatarların təmir-baxışı, qulluğu, gecələməsi və digər zəruri tədbirlər həyata keçiriləcək.

“Dərnəgül” deposunun istismara verilməsi Yaşıl və Qırmızı xətlərin ayrılması layihəsinin tərkib hissəsi kimi, metropolitendə xidmət keyfiyyətinin artırılması, sıxlıq və intervalların azaldılmasında xüsusi əhəmiyyət daşıyır.

  • Related Posts

    “Şamaxinka”dan Biləcəriyə gedən yolun eniş hissəsi bağlanacaq

    Aparılacaq təmir işləri ilə əlaqədar Binəqədi rayonu, Moskva prospektinin kənar yolu (Biləcəri enişi hissəsi) nəqliyyat vasitələrinin hərəkəti üçün tam bağlanacaq. Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib. Qeyd…

    AFFA-da iki şöbənin rəhbəri vəzifəsindən uzaqlaşdırıldı

    AFFA-da iki nəfər vəzifəsindən azad edilib. ictimai.info Sport1.az-a istinadən xəbər verir ki, Yarışların Təşkili Departamentinin rəhbəri Emin Cəfərov vəzifəsindən göndərilib. Bundan başqa federasiyanın İnfrastruktur Departamentinin direktoru Fuad Cəfərov da qurumdan…

    Sizin üçün

    “Uber”dən RADİKAL QƏRAR: Üç mindən çox əməkdaşla yollar ayrılır

    • By admin
    • Sentyabr 2, 2026
    • 25 views
    “Uber”dən RADİKAL QƏRAR: Üç mindən çox əməkdaşla yollar ayrılır