Onlar İrəvana arxasını çevirəcək

Qərb Ermənistanı Rusiyaya qarşı alət kimi istifadə etməkdə maraqlı olmadıqda, ona arxasını çevirəcək.

ictimai.info Teleqraf-a istinadla xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedyev deyib.

Rusiya rəsmisinin iddiasına görə, Avropa Birliyi və ABŞ Ermənistan və vətəndaşlarının rifahında maraqlı deyil.

Medvedyev hesab edir ki, İrəvanın Qərblə daha da yaxınlaşması fonunda Rusiya ilə iqtisadi əlaqələrin kəsilməsi Ermənistan üçün ciddi nəticələrə səbəb ola bilər:

“AB və ABŞ bu ölkənin vətəndaşlarının rifahına qətiyyən əhəmiyyət vermir. Ermənistan bir gün onlar üçün Rusiyaya qarşı alət kimi maraqlı olmadıqda, Qərbin “siyasi flügerləri” bütün vədlərindən dərhal imtina edəcəklər, sanki bu vədlər heç vaxt olmamış kimi”.

O əlavə edib ki, İrəvan Qərblə yaxınlaşma yolunu davam etdirməsinə baxmayaraq, ABŞ və AB Ermənistanı dəstəksiz qoya bilər.

Rusiya Təhlükəsizlik Şurası sədrinin müavininin fikrincə, Rusiya ilə iqtisadi əlaqələrin kəsilməsi Ermənistanda dərin daxili böhrana, bəlkə də daha pis nəticələrə gətirib çıxara bilər.

  • Related Posts

    ABŞ razılaşmağa çalışır, Çin rədd edir – Nə baş verir?

    Vaşinqton Çinin nüvə arsenalının məhdudlaşdırılmasıyla bağlı Pekini danışıqlara cəlb etməyə çalışsa da, bu alınmır. “Soyuq müharibə” illərində nüvə rəqabəti ABŞ-la keçmiş SSRİ arasında mövcud idi. Keçmiş illərdə Çinin nüvə arsenalı…

    Kiyevdə partlayışlar baş verdi

    Ukraynanın paytaxtı Kiyevdə partlayışlar baş verib. ictimai.info xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Bildirilib ki, partlayışlarda öncə Kiyevdə hava hücumu xəbərdarlığı işə düşüb.

    Sizin üçün

    Vətəndaşın evi qanunsuz sökülüb? –

    • By admin
    • Avqust 8, 2026
    • 5 views
    Vətəndaşın evi qanunsuz sökülüb? –