Misir “Məkkə sazişi”nə niyə qoşulmadı?

Ötən gün Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında imzalanan“Məkkə sazişi” dünya mediasına diqqət çəkən hadisələrdən olub.

ictimai.info Türkiyə mediasına istinadla xəbər verir ki, Misirin belə bir sazişə qoşulmaması da maraq kəsb edib.

Məsələ ilə bağlı BBS-yə danışan ehtiyatda olan misirli general və strateji analitik Samir Raqeb bildirib ki, Türkiyə və Pakistan ordularının sərhədyanı əməliyyatlar üçün doktrinaları olsa da, Misirin belə bir hərbi doktrinası yoxdur:

“Misir tarixən və coğrafi baxımdan Pakistan və Türkiyədən daha çox Səudiyyə Ərəbistanına yaxındır. Buna görə də dəvətə ehtiyac yoxdur. Lakin Türkiyə və Pakistan ordularının sərhədyanı əməliyyatlar aparmaq doktrinaları olsa da, Misirin belə bir hərbi doktrinası yoxdur. Bu 3 ölkə son dərəcə yüksək hərbi imkanlara malikdir. Türkiyə ordusunun Suriya, Somali və Liviya kimi bir çox ölkədə mövcud olduğunu görürük. Pakistan ordusu da sərhədyanı missiyalara oxşar səviyyədə hazırlıq və inama malikdir. Lakin Misir siyasətinin əsas prinsipi mübahisələrin həllində güc tətbiq etməməkdir”.

Analitik qeyd edib ki, Misir Ərəb Dördlüyü ilə birlikdə hərəkət edir və problemləri həll etməyə çalışır:

“Biz Səudiyyə Ərəbistanı ilə qanuni koalisiyanın bir hissəsi idik, lakin hərbi şəkildə iştirak etmədik. Misir hətta Sudandakı üsyan və ya “Efiopiya bəndi” məsələsi kimi birbaşa təhdidlərlə əlaqəli böhranlarda belə sərhəddən kənar qoşun göndərmədi. Biz Liviyaya da qüvvə göndərmədik. Misir parlamenti və xalqı dinc yolla həll edilən birbaşa təhdidlər olduqda başqa bir dövlətə qoşun göndərilməsini qəbul etməzdi”.

  • Related Posts

    ABŞ razılaşmağa çalışır, Çin rədd edir – Nə baş verir?

    Vaşinqton Çinin nüvə arsenalının məhdudlaşdırılmasıyla bağlı Pekini danışıqlara cəlb etməyə çalışsa da, bu alınmır. “Soyuq müharibə” illərində nüvə rəqabəti ABŞ-la keçmiş SSRİ arasında mövcud idi. Keçmiş illərdə Çinin nüvə arsenalı…

    Kiyevdə partlayışlar baş verdi

    Ukraynanın paytaxtı Kiyevdə partlayışlar baş verib. ictimai.info xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Bildirilib ki, partlayışlarda öncə Kiyevdə hava hücumu xəbərdarlığı işə düşüb.

    Sizin üçün

    Vətəndaşın evi qanunsuz sökülüb? –

    • By admin
    • Avqust 8, 2026
    • 4 views
    Vətəndaşın evi qanunsuz sökülüb? –