Rusiya hava hücumundan müdafiə qüvvələri Moskva istiqamətində uçan daha 7 ədəd pilotsuz uçuş aparatını (PUA) vurub.
ictimai.info xəbər verir ki, bu barədə Moskva meri Sergey Sobyanin məlumat yayıb.
“Təcili xidmətlərin mütəxəssisləri qalıqların düşdüyü ərazilərdə işləyirlər”, – Sobyanin bildirib.
Mümkün dağıntılar və xəsarət alanlar barədə hələlik məlumat verilməyib.


