Türkiyənin İstanbul şəhərində təlim təyyarəsi qəzaya uğrayıb.
ictimai.info xəbər verir ki, bu barədə “Haber Qlobal” məlumat yayıb.
Məlumata görə, təlim uçuşu həyata keçirən təyyarə eniş zamanı quyruq hissəsinin zolağa dəyməsi nəticəsində idarəetmədən çıxıb. Nəticədə təyyarəni idarə edən tələbə yaralanıb və xəstəxanaya çatdırılıb.

