Suriyanın paytaxtı Dəməşqdə güclü partlayış baş verib.
ictimai.info xəbər verir ki, bu barədə SANA agentliyi məlumat yayıb.
Mikroavtobusda baş verən partlayış nəticəsində 2 nəfər ölüb, 13 nəfər yaralanıb.
İddia olunur ki, partlayış mikroavtobusda quraşdırılan partlayıcı qurğunun işə düşməsi ilə baş verib.

