Beyləqan rayonunda 15 yaşlı yeniyetmə su kanalında çimərkən boğulub.
ictimai.info Teleqraf-a istinadən xəbər verir ki, bədbəxt hadisə rayonun Bünyadlı kəndi ərazisində qeydə alınıb.
Belə ki, rayonun Gödəklər kənd sakini, 2011-ci il təvəllüdlü Murad Ramil oğlu Əmrahlı Bünyadlı kəndi ərazisindən keçən su kanalında çimərkən boğulub.
Kənd sakinlərinin köməyi ilə yeniyetmənin meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma başlanılıb.


