Azərbaycanlı Rusiyada yüksək vəzifəyə seçildi

Həmyerlimiz Emil Əliyev növbəti beşillik müddət üçün yenidən Rusiya Minifutbol Assosiasiyasının (RMFA) prezidenti seçilib.

ictimai.info xəbər verir ki, müvafiq qərar təşkilatın hesabat-seçki konfransında qəbul olunub.

E.Əliyev 2003-cü ildən Superliqanın icraçı direktoru, 2005-ci ildən Rusiya Minifutbol Assosiasiyasının baş direktoru vəzifələrində çalışıb, 2011-ci ildən isə təşkilata rəhbərlik edir. O, 2016-cı və 2021-ci illərdə də Assosiasiyanın prezidenti vəzifəsinə yenidən seçilmişdi.

Bununla yanaşı, E.Əliyev UEFA-nın futzal və çimərlik futbolu komitəsinin üzvü olub.

Onun rəhbərliyi dövründə Rusiya futzal millisi 2016-cı il dünya çempionatının finalçısı olub. Komanda Avropa çempionatlarında beş dəfə finala yüksəlib, həmçinin iki dəfə bürünc medal qazanıb.

Emil Əliyev Bakı şəhərində anadan olub. O, pedaqoji elmlər doktoru, professor, Rusiyanın Əməkdar bədən tərbiyəsi işçisi, həmçinin bədən tərbiyəsi və idman sahəsinə dair bir sıra elmi əsərlərin müəllifidir.

  • Related Posts

    Daha bir nəfər boğuldu – Bu dəfə Beyləqanda

    Beyləqan rayonunda 15 yaşlı yeniyetmə su kanalında çimərkən boğulub. ictimai.info Teleqraf-a istinadən xəbər verir ki, bədbəxt hadisə rayonun Bünyadlı kəndi ərazisində qeydə alınıb. Belə ki, rayonun Gödəklər kənd sakini, 2011-ci…

    Ər və arvadın yanaraq öldüyü hadisə qəsdən törədilibmiş

    Tərtərdə ər-arvadın yanaraq öldüyü evdə yanğının qəsdən törədildiyini ehtimal etməyə əsas verən maddi sübut aşkarlanıb. ictimai.info Teleqraf-a istinadla xəbər verir ki, evə baxış keçirilərkən qabda yanacaq məhsulu tapılıb. Hadisə yerində…

    Sizin üçün

    Fövqəladə vəziyyət: Seutaya növbəti kütləvi miqrant axını…

    • By admin
    • Avqust 7, 2026
    • 12 views
    Fövqəladə vəziyyət: Seutaya növbəti kütləvi miqrant axını…