Rəşad Dağlı azadlığa çıxır?

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə Rəşad Dağlının mümkün əfv olunması ilə bağlı səslənən fikirlərə münasibət bildirib.

ictimai.info Milli.az-a istinadən xəbər verir ki, o, hüquq müdafiəçisi Novella Cəfəroğlunun açıqlamalarının tam başa düşülmədiyini deyərək qeyd edib ki, Əfv Məsələləri Komissiyasının əsas vəzifəsi müraciətləri toplamaq və dövlət başçısına təqdim etməkdir.

Çingiz Qənizadə deyib ki, komissiyanın siyahılarında əsasən ağır xəstələr, ailə vəziyyəti ağır olan şəxslər, cəzasının böyük hissəsini çəkmiş məhkumlar və müəyyən kateqoriyaya aid şəxslər yer alır. O vurğulayıb ki, Prezident bu müraciətlərə hər zaman həssas yanaşıb və bir çox hallarda siyahılarda olan şəxslərlə bağlı qərarlar verib.

Rəşad Dağlı məsələsinə toxunan hüquq müdafiəçisi qeyd edib ki, o, qəsdən adam öldürmə ittihamı ilə məhkum edilib və hazırda cəza çəkir.

“Bizim siyahıya salınması üçün heç bir əsas yoxdur. Müəyyən istisnalar olur – ağır xəstəlik, ailə vəziyyəti, azyaşlı uşaqlar, sosial durum və digər humanitar amillər. Amma Rəşad Dağlı həmin kateqoriyaya aid şəxslərdən deyil”, – deyə Çingiz Qənizadə bildirib.

O əlavə edib ki, qanunvericiliyə əsasən, məhkum cəzasının müəyyən hissəsini çəkdikdən sonra əfv olunmaq hüququ qazana bilər. Bununla yanaşı, Prezidentin istənilən şəxsi istənilən vaxt əfv etmək səlahiyyəti var. Lakin bunun üçün əsasların mövcud olması vacibdir.

“Hesab edirəm ki, Rəşad Dağlı fərdi qaydada əfv olunmalı şəxslər kateqoriyasına aid deyil”, – deyə Çingiz Qənizadə vurğulayıb.

  • Related Posts

    “Uber”dən RADİKAL QƏRAR: Üç mindən çox əməkdaşla yollar ayrılır

    “Uber” şirkəti idarəetmə səviyyələrinin azaldılmasına və vəsaitlərin avtomobillərin müştərək istifadəsi, çatdırılma və robotaksi biznesləri arasında yenidən bölüşdürülməsinə yönəlmiş genişmiqyaslı restrukturizasiya çərçivəsində 3 300 nəfəri işdən çıxarmağı planlaşdırır. Bu da şirkətin…

    Bakı-Ağstafa-Bakı istiqamətində əlavə reyslər təyin edildi

    “Azərbaycan Dəmir Yolları” QSC (ADY) artan sərnişin tələbatını qarşılamaq üçün 5, 6, 12 və 13 sentyabrda Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə reyslər həyata keçirəcək. Bu barədə ictimai.info ya ADY-dən məlumat verilib. Bu…

    Sizin üçün

    “Uber”dən RADİKAL QƏRAR: Üç mindən çox əməkdaşla yollar ayrılır

    • By admin
    • Sentyabr 2, 2026
    • 27 views
    “Uber”dən RADİKAL QƏRAR: Üç mindən çox əməkdaşla yollar ayrılır