Nigar Fərhadın həbs olunan əri kimdir, nə işlə məşğuldur?

Aparıcı Nigar Fərhadın əri Samir Yəhyazadə həbs edilməsi xəbərindən sonra onun şəxsiyyətinə maraq yaranıb.

ictimai.info Yeni Sabah-a istinadən xəbər verir ki, adı “AİD Group”la əlaqələndirilən S.Yəhyazadə barədə bilgilər əslində, çox məhduddur.

O, ali təhsili olmadığı halda proqramlaşdırma üzrə AyTİ (IT) mütəxəssisidir. Bunu 10 il ərzində öz üzərində çalışaraq öyrəndiyini bildirib.

S.Yəhyazadə 2008-ci ildən ABŞ-də yaşayır. “Azeroo” şirkətinin rəhbəri olub.

Samir Yəhyazadə xaricdə təhsil sahəsində fəaliyyət göstərən “AİD Group” şirkətinin rəhbəri və tanınmış aparıcı Nigar Fərhadın əri daha çox ABŞ-nin Nyu-York şəhərində yaşayan peşəkar IT mütəxəssisi və proqramçı kimi tanınır. Lakin Azərbaycandakı “AİD Group” xaricdə təhsil şirkətinin rəhbərliyində təmsil olunub.

Şirkətin fəaliyyəti ilə bağlı vətəndaşlardan gələn çoxsaylı şikayətlər və dələduzluq iddialarından sonra hüquq-mühafizə orqanlarında araşdırma aparılır. Samir Yəhyazadə Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda dələduzluq) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə təqsirli bilinərək barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.

“AİD Group”un təsisçisi Nigar Fərhad və anası Arzu Əliyeva da dindirilib, onlarla bağlı araşdırma davam edir. Aparıcının ölkədən getməsi ilə əlaqədar sosial şəbəkələrdə yayılan iddiaların isə həqiqəti əks etdirmir.

Şirkətin təsisçisi Nigar Fərhad Harvard Universitetində təhsil aldığını bildirir. O, müxtəlif televiziya kanallarında aparıcı kimi çalışıb və verilişlərində səsləndirdiyi bəzi fikirlərlə zaman-zaman ictimai müzakirələrin mərkəzində yer alıb.

  • Related Posts

    2800 imtiyazlı şəxs müalicə mərkəzlərinə yola salındı

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən bu il 2809 imtiyazlı şəxs yollayışla təmin olunaraq sanator-kurort və müalicə mərkəzlərinə yola salınıb. ictimai.info xəbər verir ki, həmin…

    Jurnalistin dənizdə batan qardaşı tələbə imiş

    Xəbər verdiyimiz kimi, avqustun 4-də dənizdə batan 2004-cü il təvəllüdlü Ruslan Rafik oğlu Həmidovun meyiti tapılıb. ictimai.info Unikal.az-a istinadla xəbər verir ki, dənizdə batan 22 yaşlı Ruslan Həmidov Milli Aviasiya…

    Sizin üçün

    2800 imtiyazlı şəxs müalicə mərkəzlərinə yola salındı

    • By admin
    • Avqust 6, 2026
    • 5 views
    2800 imtiyazlı şəxs müalicə mərkəzlərinə yola salındı