Moskvadan Bakıya toya gələn iki qardaş dənizdə batdı – Video

Buzovnada çimərlikdə 2 nəfər dənizdə batıb.

Bu barədə bloger Saleh Nəsirov İnstaqram hesabında paylaşım edib.

O bildirib ki, dənizdə qayalıq ərazidə 2 qız, 2 oğlan olmaqla, 4 nəfər batma təhlükəsi ilə üzləşib:

“Onlardan 11 və 22 yaşlı oğlanların həyatını xilas etmək mümkün olmayıb. Qızlar isə sahilə çıxarılıb. Boğulan oğlanlar xalaoğlu olublar. Onlar Moskvadan Bakıya toya gəliblərmiş”.

***

Fövqəladə Hallar Nazirliyinin “112″ qaynar telefon xəttinə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində ən yaxın sularda xilasetmə məntəqəsindən 1.3 km aralı dənizdə nəzarətsiz ərazidə 3 nəfərin batması barədə məlumat daxil olub.

Bu barədə FHN-in Mətbuat xidmətinin məlumatında deyilir.

Məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

Vətəndaş – 2009-cu il təvəllüdlü Aysel Rafiq qızı Həmidova xilas olunub ilkin yardım göstərilərək aidiyyəti üzrə təhvil verilib, 2014-cü il təvəllüdlü Əli Rafiq oğlu Həmidovun meyiti isə sahildə aşkar edilib.

Hazırda suda batdığı ehtimal olunan digər vətəndaş – 2004-cü il təvəllüdlü Ruslan Rafiq oğlu Həmidovun axtarışları davam etdirilir.

  • Related Posts

    Bakıda dəhşət: Maşınlar torpağın altında qaldı – Video

    Bakının Xətai rayonu, Gəncə prospektində torpaq sürüşməsi baş verib. Sürüşmə nəticəsində avtomobillər torpaq qatının altında qalıb. İctimai TV-yə istinadla həmin görüntüləri təqdim edirik:

    Azərbaycanda vəzifəli şəxslər həbs olundu

    Vergi yoxlamasının keçirilməməsi müqabilində rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxslər həbs olunub. Bu barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin birgə məlumatında…

    Sizin üçün

    ATƏT məkanında qeyri-sabit vəziyyət hökm sürür…

    • By admin
    • Avqust 4, 2026
    • 17 views
    ATƏT məkanında qeyri-sabit vəziyyət hökm sürür…