Moskvada rus generalı kimlər öldürmək istəyib?

Rusiyalı generalı Moskvadakı restoranda baş vermiş partlayış vasitəsilə zərərsizləşdirməyə üçüncü tərəf cəhd edib.

Bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası yanında Dezinformasiyaya qarşı Mübarizə Mərkəzinin rəhbəri Andrey Kovalenko deyib.

“Əgər bu, daxili hesablaşma olsaydı, onu tamamilə başqa cür həyata keçirərdilər.

Adətən Rusiya xüsusi xidmət orqanları daxilindəki hesablaşmalar infarkt, insult və ya pəncərədən tullanma ilə nəticələnir və məsələ bununla da bitir. Buna görə də hesab edirəm ki, bu halda söhbət məhz üçüncü tərəfin həyata keçirdiyi zərərsizləşdirmədən gedir.

Üçüncü tərəf həmin generalı zərərsizləşdirməyə çalışıb. Başqa məsələ isə bunun konkret kim tərəfindən edildiyidir? Tamamilə mümkündür ki, bu, Ukrayna xüsusi xidmət orqanlarının həmin generalı aradan qaldırmaq cəhdi olub”, – o bildirib.

Kovalenko qeyd edib ki, üçüncü tərəf variantında söhbət Rusiyanın daxilində fəaliyyət göstərən qruplaşmalardan da gedə bilər:

“Yəni bu, Ukrayna ilə heç bir əlaqəsi olmayan və hətta başqa ölkələrin terror təşkilatlarının nümayəndələri sayılan, Rusiya ərazisində fəaliyyət göstərən terror təşkilatlarından birinin törətdiyi terror aktı da ola bilər”.

Xatırladaq ki, Rusiyanın paytaxtı Moskvada yerləşən “Balzi Rossi” restoranında güclü partlayış baş verib. Orada həmin vaxt Rusiya ordusunun yüksək rütbəli generalının – Rusiya Hərbi-Kosmik Qüvvələrinin baş komandanı Aleksandr Çaykonun ad gününü qeyd etdiyi iddia edilir. Son məlumata görə, ölənlərin sayı 5-ə çatıb.

  • Related Posts

    İranda zəlzələ oldu

    İranın Hörmüzqan əyalətinin Fərğan şəhəri yaxınlığında 4,1 bal gücündə zəlzələ baş verib. ictimai.info xəbər verir ki, bu barədə Tehran Universitetinin Geofizika İnstitutunun Seysmoloji Mərkəzi məlumat yayıb. Bildirilib ki, zəlzələnin ocağı…

    Rusiya ərazisində öldürülən generallar

    Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı işğalından sonra Rusiya generalları təkcə cəbhədə deyil, arxa cəbhədə də hədəfə çevrilməyə başlayıblar. ictimai.info xəbər verir ki, bu barədə “Meduza” nəşri məqalə dərc edib. Nəşrin hesablamalarına…

    Sizin üçün

    ATƏT məkanında qeyri-sabit vəziyyət hökm sürür…

    • By admin
    • Avqust 4, 2026
    • 16 views
    ATƏT məkanında qeyri-sabit vəziyyət hökm sürür…