Rusiya–Ukrayna müharibəsi getdikcə daha da şiddətlənir və maksimum eskalasiya mərhələsinə daxil olur. Bu gərginliyin nəticələrini hətta neytrallığını qorumağa çalışan ölkələr də hiss edəcək.
ictimai.info xəbər verir ki, bu barədə ZEİT nəşri yazıb.
“Eskalasiya xüsusilə iyul ayında güclənib. Bu dövrdə tərəflər limanlara və mülki gəmilərə qarşı qarşılıqlı zərbələri əhəmiyyətli dərəcədə artırıblar. Rusiya Odessa yaxınlığında bir neçə xarici ticarət gəmisini vurub, nəticədə xarici dənizçilər həlak olublar.
Ümumilikdə, Ukrayna tərəfinin məlumatına görə, Rusiya təkcə iyul ayı ərzində ticarət gəmilərinə qarşı 30-dan çox hücum həyata keçirib. Bunun nəticəsində Ukraynanın Qara dəniz limanları vasitəsilə dəniz ticarəti demək olar ki, tamamilə dayanıb.
Hazırda Ukraynanın Qara dənizdəki dəniz marşrutu ilə artıq heç bir gəmi hərəkət etmir və bu, məhz məhsul yığımı mövsümünün ən qızğın vaxtına təsadüf edir.
Ukrayna da Qara və Azov dənizlərində Rusiyanın nəzarətində olan limanlara daxil olan gəmilərə qarşı zərbə kampaniyasını əhəmiyyətli dərəcədə genişləndirib”, – nəşr yazıb.

