Bu gecə ballistik raketlərdən yalnız birini vurduq, çünki…

Ukrayna Prezidenti Vladimir Zelenski Rusiyanın ballistik hücumlarının qarşısını almaq üçün istifadə olunan “Patriot” sistemləri üçün raket çatışmazlığından şikayətlənib.

ictimai.info APA-ya istinadla xəbər verir ki, Zelenski bu barədə özünün Teleqram hesabında yazıb.

Zelenski bildirib ki, dünən gecədən bəri Kiyevdə və digər yerlərdə Rusiyanın hücumlarının nəticələrinin aradan qaldırılması üçün tədbirlər görülür.

“Şəhərdə çoxlu yanğın baş verib, yeddi rayon zərər çəkib. Həmişəki kimi, ruslar adi yaşayış binalarına zərbələr endiriblər. 18 ev, bir məktəb, Litva səfirliyi və infrastruktur obyektlərinə ziyan dəyib. İndiyə qədər bu hücum nəticəsində doqquz nəfərin öldüyü məlumdur. Onlarla insan yaralanıb. Həkimlər ehtiyacı olan hər kəsə kömək göstərirlər”, – deyə Ukrayna lideri qeyd edib.

Prezident bildirib ki, Rusiya gecə boyu Ukraynaya 35 raket atıb, onlardan 27-si ballistik olub, bundan başqa, müxtəlif tipli 185 zərbə dronu ilə hücum edilib:

“Əsas hədəf Kiyev idi. Lakin onlar Dnepr, Sumı, Xarkov və Poltava bölgələrini də vurublar. Bu gecə bizim tərəfimizdən yalnız bir ballistik raket vurulub, çünki “Patriotlar” üçün raketlər yoxdur. Rusiyanı ballistik raketlərlə zərbə endirməyə təşviq edən də budur”.

Zelenski Ukraynanın tərəfdaşlarının bu amili nəzərə almasının vacibliyini də vurğulayıb: “Hər bir anti-ballistik raket xalqımızın həyatını xilas edir, onların olmadığı hər gecə isə itkilərə səbəb olur. Müdafiəmizi gücləndirmək üçün çalışan hər kəsə təşəkkür edirik”.

  • Related Posts

    193 min avroya qədər maaş təklif edən ölkə 85 min işçi axtarır

    Yüksək əməkhaqqı, aşağı işsizlik səviyyəsi və on minlərlə vakant iş yeri… Avropanın diqqətçəkən ölkələrindən biri olan İsveçrə 2026-cı il ərzində təxminən 85 min xarici işçini əmək bazarına cəlb etməyi planlaşdırır.…

    İspaniyaya keçmək istəyərkən ölən miqrantların sayı 90-a çatdı

    Mərakeşdən İspaniyanın Seuta şəhərinə soxulmaq istəyərkən ölən miqrantların sayı 90-a çatıb. ictimai.info xəbər verir ki, bu barədə “Le Sexta” telekanalı məlumat yayıb. İspaniya 74, Mərakeş isə 16 nəfərin meyitini aşkar…

    Sizin üçün

    193 min avroya qədər maaş təklif edən ölkə 85 min işçi axtarır

    • By admin
    • Avqust 2, 2026
    • 10 views
    193 min avroya qədər maaş təklif edən ölkə 85 min işçi axtarır