Azərbaycan Əlcəzairə dəstək verdi

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Əlcəzairin Bumerdes əyalətində çoxsaylı insan tələfatına səbəb olan sərnişin avtobusu qəzası ilə əlaqədar başsağlığı verib.

ictimai.info xəbər verir ki, bu barədə XİN-in X hesabında paylaşım edilib.

“Dost Əlcəzairin Bumerdes vilayətində çoxsaylı insan tələfatına səbəb olan faciəvi sərnişin avtobusu qəzası ilə əlaqədar Əlcəzair hökumətinə və xalqına dərin hüznlə başsağlığı veririk. Həlak olanların ailələrinə və yaxınlarına səmimi hüznlə başsağlığı verir, bütün yaralıların tezliklə və tam sağalmasını arzulayırıq.

Azərbaycan bu çətin zamanda Əlcəzairlə həmrəydir”, – paylaşımda qeyd olunub.

  • Related Posts

    Zakir Həsənov hərbi attaşelərlə görüş keçirdi

    Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov xarici ölkələrdəki səfirliklər nəzdində fəaliyyət göstərən hərbi attaşelərlə görüş keçirib. Görüşdə nazirə cari il ərzində Azərbaycanın digər dövlətlərlə hərbi əməkdaşlığının mövcud vəziyyəti, hərbi attaşelik…

    Daha bir tiktoker həbs edildi

    Sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərlərə uyğun olmayan qeyri-etik davranışlar və yayımlar edən daha bir tiktoker həbs edilib. ictimai.info Unikal-a istinadla xəbər verir ki, 1991-ci il təvəllüdlü Əlikram Heydərov…

    Sizin üçün

    Rusiya ərazisində öldürülən generallar

    • By admin
    • Avqust 4, 2026
    • 3 views
    Rusiya ərazisində öldürülən generallar