Zakir Həsənov hərbi attaşelərlə görüş keçirdi

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov xarici ölkələrdəki səfirliklər nəzdində fəaliyyət göstərən hərbi attaşelərlə görüş keçirib.

Görüşdə nazirə cari il ərzində Azərbaycanın digər dövlətlərlə hərbi əməkdaşlığının mövcud vəziyyəti, hərbi attaşelik aparatlarının fəaliyyəti və xarici ölkələrdə yeni yaradılmış attaşelik aparatları barədə ətraflı məlumat verilib.

Tədbirdə Prezident İlham Əliyevin rəhbərliyi ilə dayanıqlı sülhün təmin olunması istiqamətində həyata keçirilən dövlət siyasətinin, eləcə də ölkədə ordu quruculuğu sahəsində aparılan islahatların beynəlxalq müstəvidə təbliğinin əhəmiyyəti vurğulanıb.

Z.Həsənov hərbi attaşelik aparatlarının xarici ölkələrdə Azərbaycanın milli maraqlarının müdafiəsi və hərbi əməkdaşlığın inkişafı istiqamətində gördüyü işləri müsbət qiymətləndirib.

  • Related Posts

    ATƏT məkanında qeyri-sabit vəziyyət hökm sürür…

    Hazırda ATƏT məkanında qeyri-sabit vəziyyət hökm sürür. ictimai.info Report-a istinadla xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İsveçrə Konfederasiyasının federal xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri…

    İranla əlaqəli şəbəkələr onlardan Bakıya qarşı istifadə edir

    Son illərdə Azərbaycana qarşı təsir cəhdləri klassik casusluqdan kənara çıxaraq radikal qruplar, informasiya şəbəkələri, siyasi mühacirlər və sosial media üzərindən aparılan hibrid fəaliyyətlərlə müşahidə olunur. Avropada yaşayan bəzi azərbaycanlı siyasi…

    Sizin üçün

    ATƏT məkanında qeyri-sabit vəziyyət hökm sürür…

    • By admin
    • Avqust 4, 2026
    • 16 views
    ATƏT məkanında qeyri-sabit vəziyyət hökm sürür…