Transxəzər Fiber-Optik Kabel Xəttinin çəkilişinə başlanıldı

İxtisaslaşdırılmış gəmi Bakı limanından çıxaraq Qazaxıstanın Aktau limanı istiqamətində Transxəzər Fiber-Optik Kabel Xəttinin çəkilişinə başlayıb.

ictimai.info Report-a istinadla xəbər verir ki, bu barədə Qazaxıstanın Süni İntellekt və Rəqəmsal İnkişaf Nazirliyi məlumat yayıb.

Bildirilib ki, əlverişli hava şəraitində sualtı kabelin çəkilişinin 15-20 gün ərzində başa çatdırılması planlaşdırılır.

Daha əvvəl Çində istehsal olunmuş və sınaqdan keçirilmiş zirehli optik kabel Kurık limanına çatdırılıb, sonra isə Bakıya daşınıb. Hazırda kabel tam olaraq kabel çəkən gəminin göyərtəsindəki xüsusi rezervuara yüklənib.

İşlərə 20 min tondan çox su tutumuna malik, dinamik mövqeləndirmə sistemi ilə təchiz edilmiş ixtisaslaşmış gəmi cəlb olunub. Göyərtədə 70 heyət üzvü, texniki nəzarət mütəxəssisləri və “Kazakhtelecom”un nümayəndəsi var.

Məlumata əsasən, layihəni Qazaxıstanın “Kazakhtelecom” SC və Azərbaycanın “AzerTelecom International” şirkəti tərəfindən yaradılmış “CaspiLink B.V.” birgə müəssisəsi həyata keçirir. Kabelin Qazaxıstan və Azərbaycan hissələri artıq birləşdirilib, bütün optik xətlər sınaqdan keçirilib.

Mütəxəssislər dəniz işlərinə başlamamışdan əvvəl mühəndislik araşdırmaları aparıb, lövbər dayanacaqlarından və hərbi təlim zonalarından yan keçən marşrutu müəyyən edib, eləcə də ekoloji icazə alıblar.

Transxəzər Fiber-Optik Kabel Xəttinin 2026-cı ilin sonunadək istismara verilməsi planlaşdırılır.

  • Related Posts

    Yayın istisində su ilə İMTAHAN: Lökbatan sakinlərinin problemi nə zaman həll ediləcək?

    Qaradağ rayonunun Lökbatan qəsəbəsində yerləşən 24 nömrəli binanın sakinləri uzun müddətdir içməli su problemi ilə üzləşiblər. Sakinlər Baku TV-yə bildiriblər ki, gün ərzində mənzillərə ümumiyyətlə su verilmir. Onların sözlərinə görə,…

    Vaqif Əsədovun qızı rəis vəzifəsindən azad olundu

    Fövqəladə Hallar Nazirliyinin Aparatında şöbə rəisi vəzifəsindən azad olunub. ictimai.info Qaynarinfo-ya istinadla xəbər verir ki, FHN-in Fövqəladə halların nəticələrinin aradan qaldırılması işinin təşkili Baş idarəsinin Tibbi və psixoloji yardımın təşkili…

    Sizin üçün

    193 min avroya qədər maaş təklif edən ölkə 85 min işçi axtarır

    • By admin
    • Avqust 2, 2026
    • 10 views
    193 min avroya qədər maaş təklif edən ölkə 85 min işçi axtarır